Bakıda 4 nəfər yeniyetməyə qarşı soyğunçuluq edib

Bakıda 4 nəfər yeniyetməyə qarşı soyğunçuluq edib
13:37 11 Oktyabr 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunun Rəsul Rza küçəsində baş verib.
Belə ki, Bakı şəhər sakini 16 yaşlı Mübariz Zalov küçə ilə hərəkət edən zaman iki naməlum şəxs ona yaxınlaşıb. Onlar M.Zeynalova zor tətbiq edərək 48 manat pulunu alıblar.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində pulu soyğunçuluq yolu ilə mənimsəyən Bakı şəhər sakinləri Elnur Ənnağıyev, Anar Qurbanzadə, Məhəmməd Əliyev və Şirvan şəhər sakini Dəyanət Əhmədovdan ibarət qrup saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR