Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Unibank"a yeni səhmdarların cəlbi nəzərdə tutulmur

"Unibank"a yeni səhmdarların cəlbi nəzərdə tutulmur

Date: 11 October 2016 13:37

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Unibank" ASC-nin yeni səhm emissiyası üzrə investorlardan müraciətlərin qəbuluna başlanılıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, səhmdarlar Bankın kapitallaşmasının əsas parametrləri üzrə prinsipial razılaşma əldə ediblər və bu qərarın daxili təsdiqlənməsi proseduru başlayıb.
Bu razılaşmaya görə, Bankın kapitalında beynəlxalq maliyyə institutlarının iştirak payının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Lakin nəzarət payı yerli səhmdarlarda qalacaq.
Emissiyanın şərtlərinə əsasən, Bankın səhmdarları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər və bütün səhmlər hazırkı səhmdarlar tərəfindən alınacaq. Banka yeni səhmdarların cəlb edilməsi nəzərdə tutulmur.
"Unibank" müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%) və Almaniyanın DEG investisiya şirkəti (8,33%) Bankın səhmdarları sırasındadır.

Tags:  Unibanka yeni səhmdarların cəlbi nəzərdə tutulmur

RƏYLƏR


Top news