İntihar edən tələbə ilə bağlı Ali Neft Məktəbindən AÇIQLAMA

İntihar edən tələbə ilə bağlı Ali Neft Məktəbindən AÇIQLAMA
13:42 11 Oktyabr 2016
232 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib.

Məktəbdən Milli.Az-a verilən məlumatda deyilir ki, hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.

Məktəbdən verilən açıqlamada bildirilir ki, son vaxtlar tələbə özünə qapanıb, son bir ayda dərslərdə iştirak etməyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıblar. 
BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/478317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR