Azər Axşamın “Hər axşam”ı daha olmayacaq

Azər Axşamın “Hər axşam”ı daha olmayacaq
13:46 11 Oktyabr 2016
96 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı-aktyor Azər Axşam ATV-də yayımlanan “Hər axşam” verilişinin bu mövsüm efirə getməyəcəyini deyib.

Axşam.az-a açıqlamasında aparıcı yeni layihəsindən bəhs edib.

O, ATV ilə yollarını ayırması haqda yayılan xəbərlərə münasibət bildirib:

“Hələ də efirdə görünməməyimin səbəbi yeni bir layihə hazırlamağımızdır. İstəyirdik daha maraqlı, səviyyəli iş ərsəyə gətirək. Ona görə də işimiz bu qədər uzandı. "Hər axşam" artıq olmayacaq. ATV ilə yollarımı ayırmamışam, “Qız atası” serialında varam.

Yeni verilişim “Bir gün” adlanır. Həftənin cümə günü saat 19:00-dan 21:00-a kimi yayımlanacaq. Həm şou, həm də yarışma xarakterlidir. Tamaşaçılar canlı efirə zəng edərək, çoxlu hədiyyələr qazana biləcəklər. Bu ayın sonunda efirə çıxmağı düşünürük".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR