Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Könül: "Mənə xoş söz yazıb, ayağımın altını qazır"

Könül: "Mənə xoş söz yazıb, ayağımın altını qazır"

Date: 11 October 2016 13:47

"Teleaparıcı üçün məkan fərqi yoxdur. Hərənin öz tamaşaçısı var. 10 ildir efirdəyəm, "Tezdən oyan"da da məni izləyirlər, sevirlər".

Bu sözləri axşam.az-a açıqlamasında aparıcı Könül Muxtarova deyib. 

O bildirib ki, çox işləməkdən yorulmur:

"Lider" telekanalına Lamiyə Ələkbərovanın dəvəti ilə getmişəm. O bilir ki, mən necəyəm və nəyi bacarıram. Əgər rəhbərlik məni başqa layihədə görərsə, ona da gedəcəm. Maqazin, gözəllik, idman verilişlərində çalışmışam. "Tezdən oyan"da hamısını birləşdirdim. Əsas odur ki, yerimdə addımlamıram, daim çalışıram. İşləməkdən yorulmuram".

K.Muxtarova etibarsız dostlarından da gileylənib: 

"Məhərrəmlik ayının gəlməsinə sevinirəm. Uzun müddətdir dostlarımla görüşə bilmirəm, onlarla bir araya gələcəyəm.  Mən təkcə toy aparmıram, tədbirlərdə də oluram. Yəni tam istirahət edəcəyimə inanmıram. 2 ay dincəlim, sonra yenə çalışacam. Son zamanlar çox tələbatlı olmuşam. Analıq məzuniyyətinə çıxanda məni axtaran yox idi, çox az insanın yadına düşürdüm. Efirə qayıtdım, gündəmdə oldum, indi hamı zəng edir.

Amma mən ancaq məni işim olmayanda yada salanlara cavab verirəm. Hamının üzünə gülürəm, amma dost dediklərim azdır. Son üç-dörd ayda nələr gördüm, bütün günü mənə xoş sözlər yazanların əslində ayağımın altını qazdığını öyrəndim. Eybi yox, bu cür hərəkətlər mənə düşür. Kimsə məni vurmaq istəyəndə irəli gedirəm".

Milli.Az


Tags:  Könül Mənə xoş söz yazıb ayağımın altını qazır

RƏYLƏR


Top news