Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda faciə: kran aşdı, daşlar küçədən keçənlərin başına töküldü

Bakıda faciə: kran aşdı, daşlar küçədən keçənlərin başına töküldü

Bakıda küçədən civə tapıldı (11 Mart 2017 12:47)
Bakının mərkəzində kran aşdı - FOTO (07 Mart 2017 14:03)

Tarix: 11 Oktyabr 2016 13:49

Bakıda tikintidə qəza baş verib.

 

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.

 

Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.

 

Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

 

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.


Teqlər:  Bakıda faciə kran aşdı daşlar küçədən keçənlərin başına töküldü



RƏYLƏR


Top xəbərlər