Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sumqayıt" klubunun Müşahidə Şurasında dəyişiklik edilib

"Sumqayıt" klubunun Müşahidə Şurasında dəyişiklik edilib

Date: 11 October 2016 13:52

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün "Sumqayıt" klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, əvvəlcə üzvlərə Elgin Həbibullayevin əvəzinə klubun təsisçiləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədovun Şuraya dəvət olunması haqda məlumat verilib.
İclasda əsas komandanın Premyer Liqanın 2016/2017 mövsümünün ilk dövrəsindəki nəticələri, klubun indiki durumu və gələcək planları müzakirə olunub.
Yekununda isə Müşahidə Şurası, qurumun üzvü olan veteran futbolçu, əməkdar məşqçi, SSRİ idman ustası Telman Salahovu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunması münasibəti ilə təbrik edib.

Tags:  Sumqayıt klubunun Müşahidə Şurasında dəyişiklik edilib

RƏYLƏR


Top news