Yol qəzalarının əsas SƏBƏBİ

Yol qəzalarının əsas SƏBƏBİ
13:52 11 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin çoxu piyadaların vurulması ilə baş verib.

Milli.Az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən 9 ay ərzində respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil etmiş, nəticədə 228 piyada həlak olmuş, 495-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 41 nəfər uşaq və yeniyetmə həlak olub, 137 nəfər yaralanıb.

2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 571 nəfər həlak olub, 1555 nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR