Jurnalistlər Çexiyada nəyə ümid edir? - İnanın da var, inanmayan da...

Jurnalistlər Çexiyada nəyə ümid edir? -   İnanın da var, inanmayan da...
13:57 11 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Çexiyada zavodda partlayış: 18 yaralı (23 Fevral 2017 21:39)

Bu gün milli komandamız "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində 3-cü oyununa çıxacaq. İlk iki oyunda San Marino və Norveçi məğlub edən komandamıza böyük inam var. İndi çoxları yığmadan Çexiya ilə matçda uğurlu nəticə gözləyir.

Bəs jurnalistlər nə deyir? Bugünkü oyunda nəyə ümid edə bilərik? Millimiz səfərdə Çexiyadan xal ala bilərmi? İlk iki oyundakı qələbə nəyin göstəricisidi: inkişaf, yoxsa, təsadüf? Bu suallarla idman jurnalistlərinə müraciət etdik.


Natiq Muxtarlı: "Azərbaycan yığmasının ilk 2 oyunda qələbə qazanması futbol ictimaiyyətini, azarkeşləri eyforiyaya salıb. Hər iki qarşılaşmada yığmanın yüsək səviyyəli oyun göstərdiyini iddia edə bilmərik. Ancaq tarixdə nəticə qalır. Onu da unutmayaq ki, hər qarşılaşmada pis oynayıb, qalib gəlmək də olmur. Xüsusən də Norveçlə oyunda Azərbaycan yığmasının çatışamyan cəhətləri aşkar hiss olunurdu. Komandamız topu özünə saxlamağı bacarmırdı ki, bu da rəqibə aramsız hücumlar qurmaq üçün imkan verirdi. Norveçli futbolçular bu imkanlardan yararlana bilmədilər. Çexiyalı futbolçuların yararlanmayacağına isə zəmaət yoxdu. Hücum planında da problemlərin olduğu aşkar sezilirdi. Norveçlə oyunda qolumuzu müdafiəçi vurdu, Çexiya ilə oyunda kim fərqlənəcək? 

Norveçlə qarşılaşmnada yığma yüksək səviyyəli oyun göstərsəydi, Çexiya ilə oyunda nəyəsə ümid etmək olardı. Amma yenə də nəyəsə nail olmaq mümkündü. Əsas odu ki, Azərbaycanın rəqibləri də indi yaxşı səviyyədə deyillər. Elə Çexiyanın özü də. Almaniya ilə oyun göstərdi ki, Çexiya yığmasının da ciddi problemləri var. Düzdü, indi onlar öz meydanlarında Almaniyaya məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. Ancaq bir halda ki, onların zəif nöqtələri var, deməli, ondan yararlanmaq lazımdı. Hər şey baş məşqçinin verəcəyi tapşırıqdan, futbolçuların bu tapşırıqları necə yerinə yetirəcəyindən asılı olacaq. Azərbaycan yığmasının rel gücü Çexiya ilə oyunda bəlli olacaq".


Amal Abuşov: "Azərbaycan futbolu görmədiyi günlərə düşüb. Düzdü, təqvimin bu cür düzülüşündən sonra təxmin etmək olardı ki, ilk iki oyundan sonra yığmamız azı 4 xal qazanacaq. San Marino ilə oyunda 3 xal qazanacağımıza kimsənin şübhəsi yox idi. Evdə də ən azından Norveçə uduzmamağa çalışacaqdıq. Hadisələrin xoş axarı, milli üzvlərinin əzmkar oyunu maksimum hədəfə çatmağımıza yardımçı oldu. 

Hər nə qədər tənqid olunsa da, bu gün Azərbaycan futbolunda Rəşad Sadıqov fenomeni var. Norveç üzərindəki qələbəyə görə məhz onun başçılıq etdiyi nizamlı müdafiə xəttinə minnətdar olmalıyıq. Onun bu gün çexlərə qarşı oynamama ehtimalı məni çox narahat edir. Kapitanın meydanda olması hər bir futbolçumuz üçün əlavə motivasiyadı. Çox istərdim ki, oyun saatına qədər Rəşadın zədə problemi həll olunsun. 

Ramil Şeydayevin start heyətdə meydana çıxması da azarkeşləri sevindirir. Amma unutmaq lazım deyil ki, Ramil heç vaxt bu səviyyəli oyunlarda ilk dəqiqələrdən meydanda olmayıb. "Trabzonspor"da da ona olan inamsızlıq istər-istəməz öz təsirini gösrərir. Robert Prosineçkinin bu etimadı Ramil üçün inanılmaz bir şansdı. O, özünü həm Ərsun Yanala sübut etmək, həm də azarkeşlərə sevdirmək imkanı qazanıb. Fürsəti qaçırmaması çox vacibdi. 

3 gündən bir oyun keçirmək Azərbaycan futbolçularının köhnə problemidi. Bu məqama axşam özünü mütləq göstərəcək. Üstəlik, çexlər yaralı aslana çevriliblər. Onlar başa düşürlər ki, xal itkisini azarkeşlər bağışlamayacaqlar, digər yandan da turnir perespektivləri ciddi zərbə alacaq. Bütün bunları nəzərə alanda, millimizin qələbə şansı xeyli azdı. Amma yenə də möcüzəyə inanmaq lazımdı".


Gündüz Abbaszadə: "Niyə də olmasın? Çexiya Almaniya, İtaliya deyil, Avropa nəhəngi hesab olunmur. Niyə onlardan xal ala bilməməliyik? İlk oyundakı qələbəyə gəlincə, mən heç nəyi təsadüf hesab etmirəm. Bütün təsadüflər zərurətdən doğur. San Marino ilə oyundakı qələbəni bir kənara qoyuram. Bu oyunda 3 xal qazanmaq boynumuzun borcu idi. Norveç matçında vurulan erkən və ağılla müdafiə olunmağımız uğuru gətirdi. Çexiya ilə oyunda da milliyə güvənirəm. Hətta qələbə gözləyirəm. Komanda uduzsa belə, inam itməyəcək. Əsas odu ki, biabırçılıq olmasın. Komanda oynasın, mübarizə aparsın. Bunlar olandan sonra uğur da gələcək. Necə ki, gəlməyə başlayıb. Artıq azarkeşlər də haqlı olaraq milliyə güvənir. İnanıram ki, bu güvən itməyəcək".


Aydın Bağırov: "Komandada ruh yüksəkliyi var və bundan istifadə etmək olar. İlk iki oyundankı nəticədən isə eyforiyaya düşməməliyik. Bu gün çexlərlə matç qrupdakı indiyə qədərki ən çətin oyun olacaq. Bugünkü qarşılaşmadan bir xal qazanağımı gözləyirəm".


Elşən Məmmədov: "Atalar 3-dən deyib" məsəlinin gerçəkləşməsi bugünkü oyunun nəticəsindən asılı olacaq. O mənada ki, San Marino ilə səfər, Norveçlə ev qələbəsinin təsadüfi olmadığını məhz çexlərlə oyundakı uğurlu nəticə sübuta yetirə bilər. Bunun üçün isə nəinki arcıdıl üçüncü qələbə, hətta heç-heçə də belə mülahizə yürütməyə imkan verəcək. İstəyimiz gerçəkləşsə, millimizə zaval yoxdur. Az da olsa, şans var. 

Norveçlə görüşdən öncə müdafiə xəttindəki problemlər narahatedici idisə, ucaboy futbolçulardan ibarət rəqibə qarşı etibarlı oyun belə bir variantı arxa plana keçirdi. Çexiya ilə oyunda daha çox orta sahənin dağıdıcılıq funksiyasının öhdəsindən lazımınca gəlməsi lazımdır. Çünki bugünkü rəqib cinah asmalarındansa, çoxgedişli kombinasiyalara üstünlük verən komandadır. 

Fikrimcə, psixoloji amil də lehimizə işləyəcək. 2 oyuna cəmi 1 xal qazanan Çexiyadan fərqli olaraq, millimiz 6 xal əldə edib. Burada xalların hansı rəqiblərlə görüşlərdə toplanılması ciddi önəm kəsb etmir. Əleyhimizə işləyən amil isə yorğunluqdan irəli gələn fiziki hazırlıqla bağlı ola bilər. Prosineçki buna Ramil Şeydayev və Namiq Ələsgərov kimi sürətli oyunçularla çarə tapmağa çalışsa da, onların təcrübəsizliyini və aşağı oyun praktikasına malik olmalarını da unutmayaq. 

Azərbaycan yığmasının 7 il əvvəl Çexiya ilə yoldaşlıq görüşündə əldə etdiyi 2:0 hesablı qələbəni rəsmi oyunda da gerçəkləşdirmək imkanı yaranıb. Niyə də yox?"


Pərviz Hikmət: "Bu seçmə mərhələ Azərbaycan millisi üçün fantastik başlayıb deyə bilərik. Hər bir komanda üçün ilk iki oyunda 6 xal maksimum nəticədir. Baxmayaraq ki, qələbələrdən biri zəif San Marino üzərində qazanılıb. Turnir cədvəlinə baxanda istər-istəməz xəyallara dalırsan... 

Ancaq birdən ayılırsan ki, hələ qarşıda nə qədər oyun var. Eyforiyadan ayılmaq lazımdır. Tənqid və tərifdən uzağam. Reallıq odur ki, Çexiya kimi komandaları udmaq, özü də səfərdə çətin məsələdir. Bunun üçün sadəcə meydana çıxıb oynamaq kifayət etməz. Bunun üçün qəhrəmanlıq lazımdır. Bunun üçün boyundan hündürə tullanmaq lazımdır. Əlbəttə futbolda sensasiya da qaçılmazdır. Millimiz demək olar ki, hər seçmə tsikldə bu ənənəni davam etdirib. Ancaq hələ ki, səfərdə buna nail olmamışıq. Çexiya ilə oyunda ən yaxşı halda heç-heçəyə ümid etmək olar. Ostravadan gətirilən istənilən xal bizim üçün qızıl dəyərində olacaq. Komandamıza uğurlar arzulayıram".

Fanat.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünya kinosunun ulduz xanımları bir arada - FOTO

23 May 2017 15:05

Mançesterdə daha bir partlayış

23 May 2017 15:03

Azərbaycan və Meksika arasında ticarət mübadiləsi iki dəfə artıb

23 May 2017 15:01

"Porto"nun baş məşqçisi klubdan göndərilir

23 May 2017 14:57

Aktrisa ad günündə sərxoş oldu, soyunub rəqs etdi - VİDEO - FOTO

23 May 2017 14:57

Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

23 May 2017 14:57

“Kəpəz”dən daha bir transfer

23 May 2017 14:57

Mançestr yenə həyəcanlandı - Ticarət mərkəzində partlayış səsi eşidildi

23 May 2017 14:55

Opera Teatrının əməkdaşları jurnalisti məhkəmədə təhqir və təhdid etdilər - QALMAQAL

23 May 2017 14:53

"Anamdan başqa itirəcəyim kimsəm yoxdur"

23 May 2017 14:52

Ən istedadlı bürc hansıdır?

23 May 2017 14:48

Sane Konfederasiyalar Kubokundan kənarda qalacaq

23 May 2017 14:47

Britaniyanın baş naziri: “Cinayətkarın kimliyi məlumdur”

23 May 2017 14:47

22 nəfəri öldürən kamikadzenin kimliyi məlum oldu

23 May 2017 14:43

Dövlət Komitəsi Hesablama Palatasının qərarını nəzərə almayıb

23 May 2017 14:42

Tramp İsraildə yəhudi kimi dua etdi - FOTO

23 May 2017 14:42

Alt paltarsız gəzən model paparassilərə hədəf oldu - FOTO

23 May 2017 14:42

Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir

23 May 2017 14:42

Prezident: "Azərbaycan müsəlman aləmini qərb aləmi ilə birləşdirdi"

23 May 2017 14:39

Bakıda sürücü ilə sərnişin arasında dava

23 May 2017 14:39

Yaponiyada bir həftə ərzində təxminən min nəfər isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirilib

23 May 2017 14:37

Və Nika Qazaxıstan klubuna getdi - SON DURUM

23 May 2017 14:37

Castin Biber boksla məşğul olur - FOTO

23 May 2017 14:37

Beynəlxalq tənzimləmə informasiya texnologiyalarının inkişafına kömək edəcək

23 May 2017 14:35

İslamiadanın bağlanış mərasimindən GÖRÜNTÜLƏR

23 May 2017 14:34

Prezident: "Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir"

23 May 2017 14:33

İlham Əliyev: “İslamiadadakı qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə növbəti töhfədir”

23 May 2017 14:33

Arvadı üçün efirdə paltarlarını yırtan Kənan: "Zəncirlə məni, sevirəm səni" - FOTO

23 May 2017 14:32

Ekspert: Azərbaycan yeni zirvədə olduğunu göstərdi

23 May 2017 14:29

Poliklinikalar pullu xidmət göstərə biləcək

23 May 2017 14:29

"Biz idmançılarımızla fəxr edirik" - İlham Əliyev

23 May 2017 14:29

"Terrorçunun şəxsiyyəti məlum oldu" - Tereza Mey

23 May 2017 14:27

Bərdədə avtomobil evakuatrdan aşıb

23 May 2017 14:27

4 gözəl qırmızı xalıda - FOTO

23 May 2017 14:27

Kukla Teatrının aktyoru yenidən tamaşaçı qarşısına çıxacaq

23 May 2017 14:27

​Musiqili Teatrda həftəsonu tamaşalar

23 May 2017 14:27

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

23 May 2017 14:24

Dünyada ilk - Türk mühəndis yanacaqsız işləyən reaktiv mühərrik düzəltdi - VİDEO

23 May 2017 14:23

Ələt ATZ ilə bağlı hesabat təqdim olunub

23 May 2017 14:22

Prezident: “İslam Həmrəyliyi Oyunlarındakı qələbənin çox möhkəm təməli var”

23 May 2017 14:22

Binəli Yıldırım: Bakı-Tbilisi-Qars regionun taleyini dəyişəcək

23 May 2017 14:22

Spaletti Milan klubuna gedir

23 May 2017 14:22

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edilir

23 May 2017 14:19

Dörd günə tikilmiş MÖHTƏŞƏM VİLLA - FOTO

23 May 2017 14:18

Londonda terror həyəcanı

23 May 2017 14:18

Hacı Nuran: "Şəklimi görəndən sonra reanimasiyaya düşüb"

23 May 2017 14:17

Tansu Çillərin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb

23 May 2017 14:17

14 yaşlı qızı 34 yaşlı kişiyə ərə verdilər - Məsciddə gizli çəkiliş - VİDEO - FOTO

23 May 2017 14:17

Ağ Ev bəzi xarici ölkələrə hərbi yardım proqramını kreditlərlə əvəzləmək niyyətindədir

23 May 2017 14:17

Tramp Mahmud Abbasla nə barədə danışıb?

23 May 2017 14:15