Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polisi müştəri bilib otel otağına fahişə göndərdilər - FOTO

Polisi müştəri bilib otel otağına fahişə göndərdilər - FOTO

Date: 11 October 2016 13:57

Adanada fahişəliyə vasitəçilik etdikləri irəli sürülən otel sahibi ilə qeydiyyat şöbəsinin (resepşn) 2 üzvü nəzarətə alınıb.

Milli.Az milliyet-ə istinadən bildirir ki, Adana Təhlükəsizlik İdarəsinin əməkdaşları Seyhan bölgəsindəki bir otelin işçiləri 21 yaşlı Ferhat K., 24 yaşlı Gülər ​​Y. və otelin sahibi Cəlal G.-nin sözügedən cinayət əməli ilə bağlı əməliyyat keçiriblər.

Polisə bu haqda məlumat daxil olar-olmaz istintaqa başlayıb. Polis müştəri kimi getdiyi oteldə qalmaq üçün otaq istəyib. Qeydiyyat şöbəsinin işçisi Ferhat K. polisə otaq verdikdən sonra Yeşim Ş. adlı bir qadını onun üçün "sifariş" edə bilmək imkanını bildirib. Polis məbləği ödəyib qadını gözləməyə başlayıb.

Bir müddət sonra Gülər ​​Y. qadını polisin otağına gətirib. Polis onlara vəsiqəsini təqdim edərək 2 otel işçisini və sahibini tutub. Yeşim Ş. isə ifadəsinin alınması üçün bölməyə aparılıb. Yeşim Ş. otelə tez-tez fahişəlik üçün çağırıldığını və burada fahişəlik etdiyini söyləyib.

Yeşim Ş.-nin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Şübhəlilər isə ittihamları qəbul etməyərək özlərinə böhtan atıldığını bildiriblər. Polis təqsirkarların işini, "fahişəliyə vasitəçilik və iştirakı təmin etmək" maddəsi ilə məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə onlara şərti həbs cəzası kəsilərək, sərbəst buraxılıblar.

Təhməz Təkin

Milli.Az.



Tags:  Polisi müştəri bilib otel otağına fahişə göndərdilər FOTO

RƏYLƏR


Top news