Xətaidə yanan bina ilə bağlı tutulan şəxslərin məhkəməsində şahidlər ifadə verib

Xətaidə yanan bina ilə bağlı tutulan şəxslərin məhkəməsində şahidlər ifadə verib
14:02 11 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

BDU-dan açıqlama: "Yanan binanın bizə aidiyyəti yoxdur" (29 Mart 2017 13:42)
Xətaidə yanan binaya görə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib (10 Mart 2017 10:47)
Şahidlər həbsdə olan keçmiş deputatın əleyinə ifadə verib (02 Mart 2017 14:19)

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqovun, Zaur Əşrəfovun və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Rəşad Quliyev dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.
O bildirib ki, işə qeyri-rəsmi olaraq təqsirləndirilən F.Sadıqov tərəfindən götürülüb. Onun sözlərinə görə, binaların üzlənməsinin vizual görünüşünün bir neçə formada dizaynını hazırlayıb rəhbərliyə təqdim edib: "Son qərarı rəhbərlik verirdi".
Təqsirləndirilən şəxs R.Məmmədov "THN" şirkətinə Məmməd Vəliyev və onun bacısı oğlu, həbs edildikdən sonra təcridxanada dünyasını dəyişən Nüsrət Muxtarovun bütün işlərə nəzarət etdiyini deyib: "Şirkətin rəhbəri olan Fərid Sadıqovu tanıyırdım".
Daha sonra digər şahid, "THN" şirkətinin sabiq baş mühasibi Məsim Quliyev dindirilib. O, həmin şirkətdə rəhbər olaraq Məmməd Vəliyevi tanıdığını vurğulayıb: "Həmin şirkətdə cəmi 3 ay işləmişəm. Bu müddət ərzində isə verilən tapşırıqları yerinə yetirmişəm".
Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ötən ay Bakı İstintaq Təcridxanasında saxlanılan N.Muxtarov orada vəfat edib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Zülfiyyədən İlqara irad: "Niyə mənim əvəzimə…" - FOTO

28 Aprel 2017 22:17

Əməliyyat olundu, KOMAYA DÜŞDÜ - VİDEO

28 Aprel 2017 22:12

Süni mayalanma nəticəsində doğulmuş uşaqlar TƏHLÜKƏDƏDİR

28 Aprel 2017 22:12

Yəməndə “Əl-Qaidə”nin lideri məhv edildi

28 Aprel 2017 22:09

Ramil Şeydayev "Jilina"nın heyətində növbəti qolunu vurub

28 Aprel 2017 22:07

Cəmi 5 günə arıqlayacaqsınız: QATIQ PƏHRİZİ

28 Aprel 2017 22:05

Nikah və boşanmalar ən çox bu şəhər və rayonlarda qeydə alınıb - RƏSMİ

28 Aprel 2017 22:05

Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edərək liderliyini qoruyub

28 Aprel 2017 22:02

Putin və Poroşenko gizli danışıqlar aparıb - İDDİA

28 Aprel 2017 21:58

Əziz Seyidov yeni vəzifəsinə başladı - FOTO

28 Aprel 2017 21:57

Bakıda 10 ev birdən kül oldu - VİDEO

28 Aprel 2017 21:57

Saçları yuyanda etdiyimiz 8 SƏHV

28 Aprel 2017 21:57

Özündən 19 yaş kiçik qızla sevgilidir - FOTO

28 Aprel 2017 21:52

Federika Moqerinidən Türkiyə açıqlaması

28 Aprel 2017 21:47

Dərinin göbələk xəstəlikləri

28 Aprel 2017 21:47

Trampdan etiraf:

28 Aprel 2017 21:47

Nazir müavini: “Bütün dünyada müharibə…”

28 Aprel 2017 21:43

Hamiləlikdə lazer epilyasiyası etdirmək olar?

28 Aprel 2017 21:42

Moqerini: “Türkiyə ilə danışıqlar prosesi dayandırılmayıb”

28 Aprel 2017 21:39

""Sovetski"də 10 mindən çox ev sökülməlidir, 4500-ü sökülüb"

28 Aprel 2017 21:37

Orqanizmdə qurdlar - Simptomlar, müayinə və müalicə

28 Aprel 2017 21:37

"İçerde"nin "Mələy"indən xeyirxah addım - FOTO

28 Aprel 2017 21:32

"Onun öldüyünü hələ ki, təsdiq edə bilmərik, lakin..."

28 Aprel 2017 21:27

Azərbaycanlı aktrisaya İNANILMAZ TƏKLİF - FOTO

28 Aprel 2017 21:27

"Bakı-2017":

28 Aprel 2017 21:26

Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən MÖCÜZƏVİ RESEPT

28 Aprel 2017 21:22

Uzun və sağlam yaşamaq üçün nə yeyək? - HƏKIM RƏYI

28 Aprel 2017 21:17

"Onlar bilirlər ki, Qarabağda hər an böyük müharibə qızışa bilər"

28 Aprel 2017 21:17

Tbilisidə 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub edib

28 Aprel 2017 21:17

Qızları məşhurluqda atalarını geridə qoydular - FOTO

28 Aprel 2017 21:17

İt 380 kilometri qət edib, sahibinə qovuşdu

28 Aprel 2017 21:12

Formula yarışlarının yeganə azərbaycanlı pilotu - "Bir gün məni də Bakı trasında görəcəksiniz"

28 Aprel 2017 21:12

Əziz Seyidov and içərək vəzifəsinin icrasına başlayıb

28 Aprel 2017 21:12

Avropa İttifaqının NEAR Baş direktorluğunun nümayəndə heyəti ilə Bakıda görüş olub

28 Aprel 2017 21:07

Rayondan paytaxtda yük daşıdılar: zəhmət haqlarını ala bilmirlər - VİDEO

28 Aprel 2017 21:05

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan SƏNƏDLƏR - VİDEO

28 Aprel 2017 21:05

YAP Nizami rayon təşkilatı Qadınları Şurası akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTO

28 Aprel 2017 21:05

Uşaqlarının əri ilə barışan Ruhi, Azərbaycanı tərk edən aşıq Samirə - FOTO

28 Aprel 2017 21:05

Elmar Məmmədyarov nazirlərin Moskva görüşünə münasibət bildirdi

28 Aprel 2017 21:03

"Şimali Koreyanın ABŞ-a hücum etməsi an məsələsidir" -

28 Aprel 2017 20:58

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olub

28 Aprel 2017 20:57

Universitet tələbəsinin rejissorluğu ilə “Qəribə oğlan” tamaşası göstərilib

28 Aprel 2017 20:57

Putin-Merkel görüşünün TARİXİ AÇIQLANDI

28 Aprel 2017 20:57

Məşhur yazıçı VƏFAT ETDİ

28 Aprel 2017 20:52

Qızın “tovlayıcı” donu onu yarışdan kənarda qoydu

28 Aprel 2017 20:48

MAŞIN şou nə vaxt başlayır və kimlər olacaq?

28 Aprel 2017 20:47

Beynəlxalq təşkilatların rəhbərləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaqlar

28 Aprel 2017 20:47

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı AÇIQLAMA

28 Aprel 2017 20:47

Azərbaycan XİN-dən cəbhədəki gərginliklə bağlı –

28 Aprel 2017 20:45

“Prezidentlər görüşməyə özləri qərar verməlidirlər” - nazirdən Qarabağ açıqlaması

28 Aprel 2017 20:44