"Metyu" qasırğasından sonra avtomobildən çıxan hər kəsi təəccübləndirdi - FOTO

"Metyu" qasırğasından sonra avtomobildən çıxan hər kəsi təəccübləndirdi - FOTO
14:12 11 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da qəribə olay qeydə alınıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Florida ştatında səhər işə tələsən Klay adlı şəxs avtomobilində çırpıntı eşidib. Dərhal avtomobilini yolun sağına çəkib saxlayan Florida sakini "911"ə qarşılaşdığı olayla bağlı məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşının səyi nəticəsində avtomobilin ön qanadının altında nəhəng bir qartalın olduğunu aydınlaşıb. 

Xilas edilən qartalın 7 yaşı olduğu müəyyən edilib. Polis əməkdaşı qartalın vəziyyətinin normal olduğunu və onu nəzarət üçün səlahiyyətli şəxslərə verdiklərini bildirib.

Məlum olub ki, "Metyu" qasırğası zamanı qartal küləyin təsirindən avtomobilin hissələrinə ilişərək qalıb.

Təhməz Təkin

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR