Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vladimir Putin Fransa səfərindən imtina edib

Vladimir Putin Fransa səfərindən imtina edib

Date: 11 October 2016 14:12

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Fransa səfərindən imtina edib. 
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Fransa prezidentinin administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Fransa prezidenti Fransua Olland Putinlə görüşün faydalılığını sual altına almışdı.
Rusiya və Fransa prezidentlərinin görüşü oktyabrın 19-da Parisdə keçirilməli idi.

Tags:  Vladimir Putin Fransa səfərindən imtina edib


RƏYLƏR


Top news