Çexiyalılar yığmamızın qələbəsini proqnozlaşdırırlar

Çexiyalılar yığmamızın qələbəsini proqnozlaşdırırlar
14:12 11 Oktyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində bu gün Ostrava şəhərində keçiriləcək Çexiya - Azərbaycan görüşünə yerli medianın marağı böyükdür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu ölkənin "sport.cz" saytı azarkeşlər arasında sorğu keçirib. 

Matçla bağlı azarkeşlər arasında keçirilən səsvermədə 13 mindən çox insan rəyini bildirib. Onlar "Kim qalib gələr: Çexiya, yoxsa Azərbaycan?" sualını cavablandırıblar. Təbii ki, əksəriyyət yerli komandanın qələbəsinə inanır. Belə ki, respondentlərin 51 faizi çexlərin qələbəsini proqnozlaşdırır. Maraqlıdır ki, yığmamızın qələbə şansı da yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, 33,8% "Azərbaycan qələbə qazanacaq" cavabını seçib. 15,2% isə hesab edir ki, qarşılaşma heç-heçə ilə nəticələnəcək.
 
Qeyd edək ki, bu gün baş tutacaq Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR