Ermənistan prezidenti Serj Sarkisyanın parlamentdəki daimi nümayəndəsi, Prezident Aparatının sədr müavini Viktor Dallakyan vəzifəsindən istefa verib.
Milli.Az azvision.az-a istinadən bildirir ki, jurnalistlərə açıqlama verən deputat aktiv siyasətə qoşulacağını bəyan edib:
"Mən özüm istefa verdim. Bildirirəm ki, Ermənistanın hakim Respublika Partiyasının üzvlüyündən çıxıram və fəal siyasətə qayıdıram".
Qeyd edək ki, bir müddət öncə mətbuatda Viktor Dallakyan tərəfindən "Şrdjadarts" (Dönüş) partiyasının yaradılacağı barədə yazılar dərc olunub. Bildirilib ki, partiyaya Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan sədrlik edəcək.
Hakim Respublika Partiyasında bunu mümkünsüz hesab etsələr də, S. Ohanyanın prezident Serj Sarkisyandan küsülü olduğu üçün ayrıldığı deyilir. Şayiələrə görə, yeni partiya Rusiya mənbələri tərəfindən maliyyələşdiriləcək.
Milli.Az