Səhhətinin pisləşdiyi deyilən Musa Yaqub hardadır?

Səhhətinin pisləşdiyi deyilən Musa Yaqub hardadır?
14:18 11 Oktyabr 2016
70 Şou
Ölkə mətbuatı
A- A+

Bilgəh Sanatoriyasında müalicə olunan tanınmış şair Musa Yaqub bu gün evinə qayıdıb.

Bu barədə Publika.az-a şair özü açıqlama verib:

“Bilgəhdə yüngül müalicə olundum, indi evdəyəm. Yenidən Buynuz kəndinə gedəcəm. Mən kəndsiz yaşaya bilmirəm. Payızda oralar çox gözəl olur. Bakıya əliboş gəlməmişdim, yeni şeirlərim var, yaxın günlərdə çap olunacaq”.

M.Yaqub onu sevən insanlara da minnətdarlıq edib:

”Bu yaxınlarda saytlar yazdılar ki, səhhətim pisləşib, dayanmadan zənglər oldu. Bütün Azərbaycan bir-birinə qarışdı. Mənə zəng edib narahatlıqlarını ifadə etdilər, sağ olsunlar. Amma hər şey yaxşıdır. İnsanın ürəyi da ağrıyar, təzyiqi də qalxar. İstəmirəm mənə görə insanlar həyəcan keçirsin”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/171738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR