Azərbaycanın yeni baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşüb

Azərbaycanın yeni baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşüb
14:22 11 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın Təbrizdə yeni təyin olunmuş baş konsulu Əliyənnağı Hüseynov İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə tanışlıq görüşü keçirib.
Konsulluqdan "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək, bundan sonra da iqtisadi, mədəni, idman və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanıb.
Vali İsmayıl Cabbarzadə Ə.Hüseynovu baş konsul təyin olunması münasibətilə təbrik edərək ona işlərində uğurlar arzulayıb. Baş konsul səmimi qəbula və təbrikə görə İ.Cabbarzadəyə təşəkkür edib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycanin-yeni-bas-konsulu-i-ranin-serqi-azerbaycan-vilayetinin-valisi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR