Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nazir: "Əməyin təhlükəsizliyi normalarının yerinə yetirilməsinə nəzarət etmək üçün fond yaradılması zəruridir"

Nazir: "Əməyin təhlükəsizliyi normalarının yerinə yetirilməsinə nəzarət etmək üçün fond yaradılması zəruridir"

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yeni normativ-hüquqi aktların layihələrini müzakirə edib (24 Fevral 2017 21:12)
"Razılaşmaların reallaşdırılması zəruridir" - Minsk qrupu (16 Fevral 2017 22:47)

Tarix: 11 Oktyabr 2016 14:27

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Əməyin təhlükəsizliyi normalarının yerinə yetirilməsinə nəzarət etmək üçün sığorta şirkətlərində fond yaradılmasının zəruri sayırıq".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Binəqədi rayonunda Məşğulluq Xidməti Mərkəzinin açılışında jurnalistlərə açıqlamasında deyib.
"Biz dəfələrlə, xüsusən də tikinti sektorunda olan, işəgötürənlərə əməyin mühafizəsi qaydalarına riayət etməyin zəruriliyi ilə bağlı xəbərdarlıq etmişik, o cümlədən KİV vasitəsilə bəyanatlar yaymışıq. Təəssüflər olsun ki, bu normalara riayət edilməməsi nəticəsində son zamanlar istehsalatda qəzalar və bədbəxt hadisələr artıb" - S.Müslümov bildirib.
Nazir vurğulayıb ki, bu gün dünyada, o cümlədən Azərbaycanda iqtisadi böhran var: "Ancaq bu, o demək deyil ki, əməyin təhlükəsizliyinin təmin edilməsi üçün ayrılan vəsait şirkət tərəfindən başqa sahələrə yönəldilə bilər."
Onun sözlərinə görə, işəgötürənlər tərəfindən bənzər pozuntular cinayət işlərinin açılmasına gətirib çıxarır.

Teqlər:  Nazir Əməyin təhlükəsizliyi normalarının yerinə yetirilməsinə nəzarət etmək fond yaradılması zəruridir



RƏYLƏR


Top xəbərlər