Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rahid Əmirquliyev: "Bu, gülməli gəlir"

Rahid Əmirquliyev: "Bu, gülməli gəlir"

Date: 11 October 2016 14:42

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan Çexiya ilə qarşılaşacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rahid Əmirquliyev oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

- Çexiya barədə çox danışmağa ehtiyac yoxdur. Bu komandanı hamı tanıyır. Bizi ağır oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni əldə edək.

- Rəqib baş məşqçi oyunöncəsi mətbuat konfransında Prosineçkini yalnız futbolçu kimi tanıdığını dedi. Oyununuzla Prosineçkini ona məşqçi kimi də tanıtmağa hazırsız?

- İnanmıram ki, Prosineçkini məşqçi kimi tanımasın. Bu, gülməli gəlir. Sabah meydanda oyunumuzla özümüzü sübut edəcəyik.

- Sabahkı oyunda qələbə qazansanız, özünüzü qrupdakı yerinizi təmin etmiş sayacaqsınız?

- İlk iki oyundan 6 xal qazanmışıq. Buraya da yaxşı nəticə əldə etmək üçün gəlmişik. Çalışacağıq, yaxşı nəticə əldə edib, qrupdakı mövqeyimizi saxlayaq.

Milli.Az


Tags:  Rahid Əmirquliyev Bu gülməli gəlir

RƏYLƏR


Top news