2 nəfər 17 inək oğurladı – AZƏRBAYCANDA

2 nəfər 17 inək oğurladı – AZƏRBAYCANDA
14:49 11 Oktyabr 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda inək oğurluğu ilə məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 7-dək olan müddətdə Lənkəran rayon sakinləri Əlisa Əliyevə, Nargilə Rüstəmovaya, Şahin Şükürova, Zaur Nəcəfova, İlyas Məmmədova və Yaqub Axundova məxsus ümumilikdə 16 baş inəyi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Anar Qarabalayev və Rövşən Atakişiyev tutulublar. Onların Balıqçılar qəsəbə sakini Əli Əsədullayevə məxsus 1 baş inəyi oğurlamaları da müəyyən edilib.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR