"Həyatda elə deyiləm" - "Kara Sevda"nın "Zeynep"i

"Həyatda elə deyiləm" - "Kara Sevda"nın "Zeynep"i
14:51 11 Oktyabr 2016
143 Şou
Ölkə mətbuatı
A- A+

"Kara Sevda" serialının "Zeynep"i Hazal Filiz Küçükköse həyatı və yaradıcılığı haqda maraqlı açıqlamalar verib.

Axşam.az Türkiyə mətbuatına istinadən müsahibənin ən maraqlı yerlərini təqdim edir:

"İkinci mövsümə əla başladıq. Obrazların məsuliyyəti, ağırlığı bir az da artıb. Çəkiliş meydançasında aramızda xüsusi bağ var, ailə kimiyik. Bu enerjini insanlara da ötürə bilirik. Yorulsaq da, bir-birimizin enerjisindən dəstək alırıq. Əvvəlki layihələrim mənim üçün təcrübə idi. İndi isə olduğum yerin ləzzətini çıxarıram. İşimi ən yaxşı şəkildə görməyə çalışıram və daha yaxşısını edə bilmək üçün hər şey edirəm".



"Zeynep" obrazı çox güclü, ambisiyalı qızdır. Kiminsə zərər görəcəyi vecinə deyil, sadəcə məqsədinə çatmaq istəyir. Bu obraz mənə öyrətdi ki, əzm daha doğru bir hissdir və insanı irəli apara bilər. Bəzən ssenarini oxuyanda özüm də təəccüblənirəm. Hər işin altından "Zeynep" çıxır. Onun həyatını sevgisi məhv edib. Amma mən həyatda belə deyiləm. Sevgimi balanslı yaşamışam... Yaşadıqlarım üçün heç vaxt "Kaş ki" demirəm".



"2014-cü ildə Tuan Tunalı ilə ailə qurdum. O vaxta qədər sevgili idik. Toydan sonra Tuan işinə görə Ankarada, mən isə İstanbuldaydım. Gedib gəlirdik, amma bir müddət sonra adam yorulur. Səni qucaqlamasını istəyirsən və belə bir tənhalıq başlayır. Amma yaxşı ki, onun kimi biri mənim həyatımdadır. İkimizin də seriallarda çəkilməsi bir-birimizi başa düşməyimizə kömək olur".



Qeyd edək ki,


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR