Nazirlikdən xəstəxanada mikroba yoluxan qadınla bağlı AÇIQLAMA

Nazirlikdən xəstəxanada mikroba yoluxan qadınla bağlı AÇIQLAMA
15:05 11 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sumqayıt şəhər 1 saylı Doğum evində uşaq dünyaya gətirən Əliyeva Aliyə Səyyad qızının həmin tibb müəssisəsində infeksiyaya yoluxması ilə bağlı deyilən məlumatlar düzgün deyil".

Milli.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, qadın heç bir infeksiyaya yoluxmayıb: "Sadəcə olaraq, onun səhhətində müəyyən problemlər olub. Hazırda isə o, səhhətindəki problemləri ilə əlaqədar Respublika Kliniki Xəstəxanasında müalicə edilir".

Qadının uşağı qeysəriyyə kəsiyi ilə dünyaya gətirməsinin səbəbinə gəldikdə isə, S.Əhmədova deyib ki, ana bətnində olan uşağın çəkisi 4 kq-dan çox olduğundan A.Əliyevavnın təbii doğuşla uşaq dünyaya gətirməsi mümkün olmayıb. Buna görə də uşaq qeysəriyyə kəsiyi əməliyyatı vasitəsilə dünyaya gətirilib.

Qeyd edək ki, Fərqan Əliyev həyat yoldaşının Sumqayıt şəhər 1 saylı Doğum evinə normal doğuş üçün qəbul edildiyini, lakin sonradan onun üzərində qeysəriyyə əməliyyatı aparıldığını, eyni zamanda həyat yoldaşının xəstəxanada mikroba yoluxduğunu iddia edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR