"Əminəm ki, Azərbaycanla oyunda qalib gələcəyik"

"Əminəm ki, Azərbaycanla oyunda qalib gələcəyik"
15:05 11 Oktyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi Çexiyanın qonağı olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Çexiya komandasını üzvü Ladislav Kreyçi oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Deməzdim ki, sabahkı oyun ən vacibdir. Düzdür, ilk iki oyunda qalib gələ bilmədik. Ancaq əminəm ki, oyunda qalib gələcəyik.

- Azərbaycanın qrupda birinci pillədə qərarlaşması sənin üçün sürpriz deyil ki?

- Sürpriz deyil. Ancaq iki oyunda Azərbaycanın 6 xal toplaması onlar üçün yaxşı vəziyyətdir.

- Azərbaycanın qrupda Çexiyadan yüksək pillədə olması sizə əlavə təzyiq deyil ki?

- Yox, bu, bizim üçün təzyiq deyil.

- Rəqibin oyununda sizi ən çox təəccübləndirən nə idi?

- Onların əsas üstünlüyü müdafiə xəttidir. Onlar həmçinin müdafiədən əks-hücuma yaxşı çıxırlar.

- Sabahkı oyunda mütləq qalib gəlməlisiz. Bunu dərk edirsiniz?

- Əlbəttə, bunu qəbul edirik. Sabah çox şey həll olunacaq. Hər şansımızdan istifadə edərək, qalib gəlməyə çalışacağıq.

- Milli son iki oyunda qol vura bilmədi. Bunun səbəbi nədir?

- İlk oyunda şanslarımız olsa da, dəyərləndirə bilmədik. İkinci oyunda isə şans qazana bilmədik. Ancaq biz hücumçular əlimizə düşən imkanlardan istifadə etməliyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR