Azərbaycanın olimpiya medalçısı Ukraynada mükafatlar təqdim edib

Azərbaycanın olimpiya medalçısı Ukraynada mükafatlar təqdim edib
15:12 11 Oktyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko doğulduğu Ukraynanın Çerkassk şəhərindədir. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, 33 yaşlı idmançı yetirməsi olduğu Çerkassk şəhər şurasının avarçəkmə üzrə uşaq-gənclər idman məktəbininə baş çəkib.
O, kanoenin sirlərinə yiyələndiyi bazada SSRİ idman ustası P.P.Burkatskinin xatirəsinə kayak və kanoe üzrə şəhər çempionatını izləyib. Demyanenko reqatanın qalib və mükafatçılarına medallar təqdim edib.
Qeyd edək ki, Valentin Demyanenko 2007-ci ildən Azərbaycan millisində çıxış edir. 4 qat dünya və 4 qat Avropa çempionu "Rio-2016"da 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş medala sahib olub. 




Xəbərin orijinal ünvanı: http://report.az/olimpiada-2016/azerbaycanin-olimpiya-medalcisi-ukraynada-mukafatlar-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR