Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

General və 5 cangüdəni öldürüldü

General və 5 cangüdəni öldürüldü

Tarix: 11 Oktyabr 2016 15:12

Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin hücumu nəticəsində general Robl Cimal Qobanl və onun 5 cangüdəni həlak olublar.

Milli.Az azvision.az-a istinadən bildirir ki, terrorçu bomba yüklənmiş avtomobili generalın Müdafiə Nazirliyinin Moqadişoda yerləşən binası qarşısındakı maşınının yaxınlığında partladıb.

Hücumun qurbanı olan generalın ölkədə fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması ilə mübarizə aparan Somali ordusunun üçüncü korpusunun komandiri olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti "Aş-Şabab" qruplaşması üzərinə götürüb.

Milli.Az


Teqlər:  General cangüdəni öldürüldü



RƏYLƏR


Top xəbərlər