8,1 saniyəlik rekord rəsmiləşdi

8,1 saniyəlik rekord rəsmiləşdi
15:17 11 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Belçika millisinin futbolçusu Kristian Bentekenin rekordu rəsmiləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, FİFA və UEFA onun Cəbəlüttariqlə DÇ-2018-in seçmə oyununda vurduğu topu beynəlxalq turnirlərin ən erkən qolu elan edib. Bentekenin qolu rəsmi olaraq 8,1-ci saniyə kimi qeydə alınıb.

Bununla, belçikalı 1993-cü ildən toxunulmaz qalan rekordu arxada qoyub. 23 il zirvədə qalan isə San-Marino millisinin futbolçusu David Qualtieri idi. Yığma karyerasında cəmi 1 qol vuran futbolçu bunu İngiltərə ilə matçın 8,3-cü saniyəsində bacarmışdı. Benteke həmin göstəricini 0,2 saniyə qabaqlayıb.
 
Qeyd edək ki, beynəlxalq oyunların mütləq rekordu Lukaş Podolskiyə məxsusdur. Bundestimin futbolçusu Ekvadorla yoxlama oyununda 6-cı saniyədə qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR