Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıdakı “Kofein-klub”da qətl törədən şəxsə hökm oxunub

Bakıdakı “Kofein-klub”da qətl törədən şəxsə hökm oxunub

Özünü FHN polkovniki kimi təqdim edən şəxsə hökm oxunub (14 Mart 2017 12:52)
Qubada bacanağını öldürən şəxsə hökm oxunub (14 Mart 2017 11:52)
Vətəndaşları aldadan vəkilə hökm oxundu (10 Mart 2017 14:27)

Tarix: 11 Oktyabr 2016 15:22

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sadiq Fətullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Sadıqov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il yanvarın 4-də saat 06:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü S. Fətullayev tutulub.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Teqlər:  Bakıdakı Kofein-klubda qətl törədən şəxsə hökm oxunub



RƏYLƏR


Top xəbərlər