Hitlerin pərəstiş etdiyi gümrülü qızın MACƏRA DOLU HƏYAT HEKAYƏSİ

Hitlerin pərəstiş etdiyi gümrülü qızın MACƏRA DOLU HƏYAT HEKAYƏSİ
15:29 11 Oktyabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

O, bütün dövlət tədbirlərində Hitlerlə bir yerdə əyləşirdi. Elə fürer də onu çox sevirdi, harada görsəydi, xüsusi diqqət göstərirdi. O, Hitlerin sevgilisi Yeva ilə rəfiqə idi, faşist Almaniyasının baş ideoloqu Gebbelsin xanımı Maqdayla tez-tez ziyafətlərə qatılırdı.

Amma Almaniyada heç kim bilmirdi ki, o…


 

...1897-ci ildə, Qərbi Azərbaycanda, Gümrüdə anadan olmuşdu. Olqa ailənin ortancılı idi. Hələ uşaq ikən teatra, musiqiyə vurğunluğu onun aktrisa olacağından xəbər verirdi. 16 yaşı tamam olmamış Olqanı Moskvaya, təhsil almağa göndərirlər. Olqa qısa zaman ərzində çar Rusiyasının ən böyük teatrlarından biri olan Moskva Bədaye Teatrında aktrisalığa başlayır. Elə ilk rollarıyla da uğur qazanır. Elə ilk sevgisini də burada tapır. Məşhur rus yazıçısı Anton Çexovun qardaşı oğlu Vladimir İvanoviç Olqadan ötrü dəli-divanəydi. Olqa isə ona rədd cavabı vermişdi. Sevgisindən rədd cavabı alan Vladimir özünü öldürmüşdü. Amma taleyin işinə bax, sonradan elə həmin Çexovun başqa bir qardaşıoğluna, Mixailə ərə getmişdi. İl yarımdan sonra onların qızı anadan olmuşdu: Ada. Bir il sonra isə onlar boşanmışdılar…

 

Olqa Mixaildən boşanandan bir il sonra qızı Adanı Gümrüyə aparmış, valideynləri ilə vidalaşmışdı. Səhhətindəki problemlə əlaqədar Almaniyaya gedəcəyini demişdi.


***

 

Almaniyada isə uğur onu bir göz qırpımında haqlamışdı. Əvvəl teatrda, sonra isə kinoda. Bir-birini ardınca çəkildiyi “Maskarad”, “Hannerl və onun sevgilisi”, “Gözəl səhləblər”dəki istər avantürist, istərsə aristokrat rolları onun fitri istedadından xəbər verirdi. Olqanın baş rolu canlandırdığı və  öz dövrünün məşhur filmi “Mülen Ruj” dan sonra onu artıq bütün Avropada tanıyırdılar. Bu populyarlıq özünü çox göstərmədi. 1923-cü ildə aktrisa alman vətəndaşlığını qəbul etdi. Bu addımından sonra hər tərəfdən təkliflər yağmağa başladı. Və demək olar, gənc aktrisa ildə altı-yeddi filmə çəkilirdi.

33-cü ildə Hitlerin hakimiyyətə gəlməyi ilə Almaniyada kino sənayesi öz inkişafını yaşayırdı. Əksəriyyəti faşist ideologiyasının təbliğ etdiyi bu filmlərdin əksəriyyətində Olqa baş rolları oynayırdı. 1936-cı ildə Olqa “Almaniya dövlət artisti” fəxri adına layiq görüldü. Bu ad o demək idi ki, Olqa artıq Almaniya rəhbərliyinin iştirak edəcəyi əksər tədbirlərə dəvətli olacaq.

 

Elə də olur. Tezliklə o, 3-cü Reyxdə təşkil olunana əksər ziyafətlərdə görünməyə başlayır. Olqanın xatirələrindən:

 

“1933-cü ilin yanvarında Hitler dövlət kansleri, doktor Yozef Gebbels isə xalq maarifi və təbliğatı  naziri təyin edilmişdi. Günlərin birində bildirdilər ki, məni günün ikinci yarısında cənab təbliğat nazirinin qəbulunda gözləyəcəklər; Fürer də orada olacaq. Az keçmiş qapıda iki SS zabiti göründü. Paltarımı dəyişməyə macal vermədən məni maşınla Vilqelmştrassa gətirdilər. Çay süfrəsi təşkil edilmişdi. Hitler mülki geyimdə ayaq üstündə durmuşdu. O, həmin vaxt mənim “Alovlu sərhəd” filmim haqqında danışıb təriflədi. Onlar mənə ilk görüşdə cəsarətsiz, bacarıqsız, özlərini qadınların yanında ələ almağı bacarmayan lütfkar avstriyalı təəssüratı bağışladılar. Fürer mənə öz şəklini hədiyyə etdi. Arxasına isə belə yazmışdı: “Frau Olqa Çexovaya, təəccüb və heyranlıqla”. Bu foto sonradan Olqanı doqquz ildən artıq qoruyacaqdı.

 

Elə həmin ildə o, sevgisini uzun müddət rədd etdiyi belçikalı milyoner Marsel Robinsə ərə getməyə razı olur. Nikah mərasimində məhdud dairədə baş tutur. Və bu izdivac nəticəsində də sovet kəşfiyyatçılarının hədəfinə düşür. Sən demə, Marsel Robins sovet agentiymiş.

 

Jurnalist Svetlana Bestujevanın “Smena” jurnalında Olqa haqqında dərc olunan “Ramedilməz avantürist” məqaləsindən:


 

“Müharibə illərində sovet xarici kəşfiyyatının rəhbərlərindən biri olan general-leytenant P.A. Sudoplatovun memuarlarında yazırdı: “Şöhrətli yazıçının bacısı oğlunun keçmiş arvadı, məşhur aktrisa Olqa Çexovanın Radzivill və Herinqlə yaxınlığı, bundan başqa dolayısı yollarla Beriyayla əlaqələri vardı... Birinci şərtimiz məhz elə onun özünü Radzivill ilə əlaqə qurmaqda istifadə etməkdi. Bizim qarşımıza Hitleri öldürmək planı qoyulmuşdu. Olqa Çexova və Radzivill alman aristokratiyası arasında olan dostlarının köməkliyi ilə bizim adamların Hitlerə yaxınlaşmasını təmin etməliydi. Berlində gizli fəaliyyət göstərən agentlər qrupu İqor Miklaşevskiyə tabe idi. 1942-ci ildə Miklaşevski böyük cəsarət göstərib Olqa Çexovayla görüşməyə nail oldu. Sonralar o, Moskvaya məlumat göndərmişdi ki, Herinqi aradan götürmək asanlıqla mümkündür; lakin Kreml buna xüsusi maraq göstərmədi”.

 

1938-ci ildə Olqa Marsel Robinsdən boşandı. Nikah bir anda pozuldu və üstəlik də Marselin Almaniyaya gəlib-getməsinə qadağa qoyuldu. Olqa gənc kapitan Valter Yep ilə eşq macərası yaşamağa başladı. Yepin taleyi isə faciəylə başa çatdı. O, 1941-ci ilin dekabrında İngiltərə səmasında hava döyüşlərinin birində həlak oldu.


 

Olqanın xatirələrindən:

 

“Almaniyanın SSRİ-yə soxulduğu birinci gün Gebbelsin bağına dəvət edilmişdim. Gebbels bildirdi ki, 1941-ci ilin Milad gününə qədər alman ordusu Moskvada olacaq. Mən fikrimi bildirmək üçün izn istəyib kiçik əraziyə malik Almaniyanın SSRİ üzərində qələbə çalmasını mümkünsüz olduğunu dedim. Gebbels cavab verdi ki, Rusiyada inqilab olacaq və bu da SSRİ üzərində qələbəni asanlaşdıracaq. Mən müraciət üçün icazə alıb inqilabın yalnız müxalifət olan ölkələrdə baş verdiyini söylədim. Söhbətimiz kifayət qədər soyuq qurtardı. Nəticəsində isə məni daha heç bir qəbula dəvət etmədilər”.


 

Amma bununla belə müharibənin sonunacan İqor Miklaşevski ilə əlaqəni də kəsmədi. Onun yüksək rütbəli alman zabitləri ilə də əlaqələri dururdu. Və Olqanın ötürdüyü hər bir xəbər ciddi əhəmiyyətə malik idi.

 

***

 

Müharibədən sonra Olqa Almaniyanı tərk etmədi. Elə Şərqi Berlində qaldı. Filmlərə çəkildi.


 


 

Svetlana Bestujevnın yazdıqlarından:

 

“1954-cü ildə Olqa kinoya çəkilməyi tamamilə dayandırdı. 60-cı ildə isə ümumiyyətlə teatrla da vidalaşdı. Həmin ərəfədə aktrisa gənclik rəfiqəsi Alla Tarasovaya SSRİ-yə baş çəkmək arzusunu yazmışdı: “Ailəvi gəlmək fikrindəyəm, mənimlə ancaq qızım, nəvəm, katibim, həkim və masajistim olacaq. İstəyirəm heç olmasa dayım Antona, xalam Olqaya baş çəkim”. Rəfiqəsi isə ömrünün sonunadək onun gəlişindən ehtiyatlandı və belə cavab verdi: ”Hələ gəlmək vaxtı deyil”.

 

Bundan sonra Çexova, Moskva ilə bütün əlaqələrinə son qoydu və heç vaxt da SSRİ xəbərlərinə nə qulaq asdı, nə də izlədi. Hətta o, ətrafındakılara bu mövzu barəsində danışmağı tamamilə qadağan etmişdi. Aktrisa Şərqi Berlindəki evini satıb mərkəzində kosmetik salon açdığı Münhen şəhərinə daşındı. Olqa Paris Gözəllik Universitetinin rəsmi diplomunu aldı. Belçika və Almaniyada kosmetika üzrə məruzələri dinlədi və məşğələlərdə oldu. Beləcə, onun salonu tərəqqi edib tədricən çox da böyük olmayan “Olqa Çexovanın Kosmetikası” firmasına çevrildi. 1980-ci ilin sonunda Olqa beyin xərçəngindən dünyasını dəyişdi. Qızı Ada da bir neçə ildən sonra təyyarə qəzasında vəfat etdi. Sevimli nəvəsi Vera Çexova-Rust isə indi Almaniyanın tanınmış aktrisalarından biridir.

 





OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Toy gecəsi yaranan problemlər - "Qorxu bəzən o qədər çox olur ki..."

29 Mart 2017 21:05

Evdə partlayış oldu: qadın yaralandı

29 Mart 2017 21:04

"Bir qutu siqaret alın uşağımın beynini dağıtdığım yeri sizə göstərim" - 7 yaşlı uşağını öldürən ata

29 Mart 2017 20:57

Şəmkirdə yaşayış evində partlayış - Xəsarət alan var

29 Mart 2017 20:57

"Vucudum belədir, kimsəyə ehtiyacım yoxdur" - FOTO

29 Mart 2017 20:57

Əsəd rejimi Dəməşqi bombaladı

29 Mart 2017 20:54

Dünənki yanğın aparıcının evini yararsız hala saldı

29 Mart 2017 20:53

Tanınmışlar İnstagram-da bunları paylaşdılar - FOTO

29 Mart 2017 20:52

"Allahım, məni ədəbli görünüb, ədəbi olmayandan uzaq tut" - Fatimə

29 Mart 2017 20:47

Azərbaycan millisinin üzvü “Bursaspor”a keçdi

29 Mart 2017 20:44

84 yaşlı kişi həyətdə özünü asdı

29 Mart 2017 20:43

17 yaşlı qızı meşəyə aparıb zorladı - Cəzası AĞIR OLDU

29 Mart 2017 20:42

"Barselona" sabiq oyunçusunu geri qaytarır

29 Mart 2017 20:38

Ona "trans" deyən dostunu bıçaqladı - "Mən ona dalağımı, böyrəyimi, hər şeyimi verərəm"

29 Mart 2017 20:37

DİQQƏT: "Galaxy S8" gəlir

29 Mart 2017 20:32

Hakan Hadisə ilə deyil, bacısı ilə sevgili imiş

29 Mart 2017 20:27

Kiralıq ər axtarırlar - FOTO

29 Mart 2017 20:22

Şamaxıda torpaq sürüşməsi yenidən aktivləşib –

29 Mart 2017 20:20

Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

29 Mart 2017 20:19

Putinlə Tramp nə vaxt görüşəcək?

29 Mart 2017 20:18

Azərbaycanlı model adada belə dincəlir - FOTO

29 Mart 2017 20:17

Şamaxıda torpaq sürüşmə yenidən aktivləşdi

29 Mart 2017 20:14

Güneldən nişanlısına ismarıc: "Gücünü yalnız sizə sərf edən…"

29 Mart 2017 20:12

Elnur Nağızadənin fotosu "Axtarışda olanlar"ın siyahısında - FOTO

29 Mart 2017 20:05

"Dünya iqtisadiyyatı keyfiyyət artımına yönəlməlidir, Azərbaycan da artıq bu yolda addımlayır"

29 Mart 2017 20:05

Qarabağ üçün GİZLİ SAZİŞ, o ərazilər AZƏRBAYCANA... - GÜNÜN SİYASİ XÜLASƏSİ

29 Mart 2017 20:03

Tanınmış teleaparıcının evinə yanğından güclü ziyan dəydi: "Evim su içindədir..." - FOTO

29 Mart 2017 19:57

Sevil və Sevincin bahalı maşını - FOTO

29 Mart 2017 19:57

Xaricdə uğur qazanmış azərbaycanlı gənclər -

29 Mart 2017 19:56

Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTO

29 Mart 2017 19:52

Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar? - FOTO

29 Mart 2017 19:52

Günü-gündən arıqlayan Lalədən yeni FOTOlar

29 Mart 2017 19:47

Sərnişinin həyatını xilas edən sürücü MÜKAFATLANDIRILDI - FOTO/VİDEO

29 Mart 2017 19:43

Putinlə Trampın görüşəcəyi vaxtı Lavrov AÇIQLADI

29 Mart 2017 19:42

"Nəyə görə minlərlə insanın əmanətini 1 ildən çox həbs altında saxlamalıyıq?"

29 Mart 2017 19:42

Ferrarinin cəsədini oğurlayarkən yaxalandılar

29 Mart 2017 19:38

Türkiyəli atletlərin olimpiya medalları alındı - ŞOK QƏRAR

29 Mart 2017 19:34

Trenajor zalında FACİƏVİ OLAY - İdmançının ayağı qırıldı

29 Mart 2017 19:32

Bred Pit və Ancelina Coli gizli görüşür

29 Mart 2017 19:32

Könülə brilliant üzük bağışladılar - FOTO

29 Mart 2017 19:27

Selfi çəkmək istəyəndə həlak oldular

29 Mart 2017 19:27

Futbolçulara viaqra içirdib meydana buraxdılar

29 Mart 2017 19:22

Aleksis Sançez tarixə düşməyə yaxındır

29 Mart 2017 19:17

İtaliya mediası Bakıdan yazdı

29 Mart 2017 19:13

ABŞ-da Konqres binası yaxınlığında silahlı insident baş verib

29 Mart 2017 19:13

Məşhur tenniçsi qadın çimərlikdə - FOTO

29 Mart 2017 19:12

“Lokomotiv” Azərbaycan çempionu oldu

29 Mart 2017 19:07

Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəlir - FOTO

29 Mart 2017 19:05

ABŞ Konqresi yaxınlığında ATIŞMA

29 Mart 2017 19:05

Akademik Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edildi

29 Mart 2017 19:03