Dövlət sektorunda işləyənlərin sayı azalıb

Dövlət sektorunda işləyənlərin sayı azalıb
15:33 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin sentyabr ayının 1-I üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1520,2 min nəfər olub. Hansı ki, avqust ayında bu rəqəm 1521,1 min nəfər təşkil edirdi.

Publika.az Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 887,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda (ötən ay 888,8 min nəfər), 632,4 min nəfəri isə qeyri-dövlət sektorunda (ötən ay 632,3 min nəfər) fəaliyyət göstərib. Muzdla işləyənlərin 22,0 faizi təhsil, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2016-cı ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 488,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR