Test imtahanında iştirakın ödəniş məbləği bir daha gündəmə gətirildi

Test imtahanında iştirakın ödəniş məbləği bir daha gündəmə gətirildi
15:34 11 Oktyabr 2016
102 Digər
Ölkə mətbuatı
A- A+

Tarif (qiymət) Şurası tərəfindən dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirməklə bağlı müvafiq işlər görülür.

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-ya bildirib ki, artıq müvafiq məlumatların alınması üçün Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edib.

 

O qeyd edib ki, məlumatlar Tarif (qiymət) Şurasına daxil olduqdan sonra təhlillər və araşdırmalar aparılacaq: “Aparılan araşdırma və təhlillərin nəticəsi olaraq bu məsələ Tarif (qiymət) Şurasının gündəliyinə daxil ediləcək”.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmana əsasən, dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR