AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Göyəzən”in futbolçusu Asim Babazadə “Şərurspor”la matçın 25-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. AFFA onu 4 oyunluq cəzalandırıb, klubu 320 manat cərimə edib.
“Bakılı”nın futbolçusu Vüsal Nağıyev “Şəmkir”lə oyunun 89-cu dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Onun cəzası 1 oyun olub, klubu 20 manat cərimələnib.
"Səbail"in 5 futbolçusu "Turan Tovuz"la, "Şahdağ"ın 4 üzvü “Qaradağ Lökbatan”la oyunda sarı vərəqə alıb. Hər iki klub 80 manat ziyana düşüb.
Fanat.Az