Martirosyanın sərvəti üzə çıxdı: Lüks maşınlar, evlər... - FOTO

Martirosyanın sərvəti üzə çıxdı: Lüks maşınlar, evlər... - FOTO
15:37 11 Oktyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın yeni nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaanın böyük sərvətə malik olduğu üzə çıxıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, o, gəlir bəyannaməsində iki mənzilinin, torpaq sahəsinin, ictimai əhəmiyyətə malik binasının, qaraj, bağ və şəxsi evinin olmasını göstərib. 

Martirosyanın "Mercedes-Benz S 350 L", "Merceses-Benz S 500 L 4 Matic" və "Posche Panamera GTS 4.8" markalı avtomobilləri də var. 

Yeni nazirin 50 min dram məbləğində səhmləri mövcuddur. Martirosyan, həmçinin 26 milyon 129 min dramlıq, 627 min 926 dollar və 321 min 966 avro dəyərində mülkə sahibdir.

Bu ilin 8 ayı ərzində nazir 56 milyon 157 min dram gəlir əldə edib ki, onun da cəmi 1 milyon 440 min dramı yeni nazirin əmək haqqısıdır. Digər vəsait isə icarədən gələn vəsait və ya dividentlər kimi göstərilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR