Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlik Azərbaycanda sürüşmə və subasma təhlükəsi olan ərazilərin sayını açıqlayıb

Nazirlik Azərbaycanda sürüşmə və subasma təhlükəsi olan ərazilərin sayını açıqlayıb

Date: 11 October 2016 15:47

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri sürüşmə, subasma və digər təhlükələr olan sahələrdə monitorinq aparır”.
Bu barədə "Report"a nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
O bildirib ki, hazırda nazirliyin mütəxəssisləri ümumilikdə 70 obyektdə monitorinq aparır. Onlardan 14-ü Bakı-Abşeronda, 56-sı isə ölkənin digər ərazilərində yerləşir: “Həmin ərazilər təhlükəli, riskli sahələrdir və əsasən subasma sahələridir”.
Mütəxəssis deyib ki, monitorinqlər Lənkəran, Astara, Lerik, Şamaxı, İsmayıllı, Gədəbəy, Şəki, Mingəçevir, Daşkəsən, Goranboy, Tovuz və başqa rayonları əhatə edir. Onun sözlərinə görə, monitorinqlərin nəticəsi oktyabrın sonunda açıqlanacaq.
S.Əmiraslanov qeyd edib ki, monitorinqlərin 50 faizindən çoxu əhalinin müraciətləri əsasında aparılır: “Ölkənin sürüşməyə, uçqun proseslərinə məruz qalan ərazilərinin hamısından nazirliyə müraciətlər daxil olur. Həm yerli sakinlər, həm də yoldan keçib ərazidə sürüşmə prosesinin olduğunu müşahidə edən vətəndaşlar nazirliyin "Qaynar xətt"nə müraciət edib, ekzogen proseslərlə bağlı məlumat verirlər. Məlumat daxil olduqdan sonra nazirliyin əməkdaşları əraziyə baxış keçirir, prosesin baş vermə səbəbi araşdırılır, təhlükəlilik dərəcəsi, fərdi yaşayış evlərinin istismar təhlükəliliyi qiymətləndirilir”.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekzogen proseslərin baş verdiyi əraizləri öyrənir, təklif və tövsiyyələr verir: “Proseslərin qarşısını almaq üçün lazım olan tədbirləri müvafiq qurumlar həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sadəcə təklif və tövsiyyələr hazırlayır. Bizim hazırladığımız rəy nazirliyə müraciət edən vətəndaşa və Fövqəladə Hallar Nazirliyinə göndərilir”. 

Tags:  Nazirlik Azərbaycanda sürüşmə subasma təhlükəsi olan ərazilərin sayını açıqlayıb

RƏYLƏR


Top news