Dünya Bankının ölkə əlaqələndiricisi Azərbaycana gəlib

Dünya Bankının ölkə əlaqələndiricisi Azərbaycana gəlib
15:47 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. “Report” xəbər verir ki, A.Priqojinanın Azərbaycanın maliyyə və iqtisadiyyat nazirləri, həmçinin hökumətinin iqtisadi blokuna daxil olan bir sıra rəsmi şəxslərlə görüşməsi gözlənilir.
Məlumata görə, WB rəsmisinin bir sıra kommersiya banklarının rəhbərləri ilə də görüşəcəyi istisna olunmur.
Səfərin həftənin sonuna qədər davam edəcəyi deyilir.
Qeyd edək ki, A.Priqojina sonuncu dəfə Azərbaycana bu ilin fevralında gəlib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/dunya-bankinin-olke-elaqelendiricisi-azerbaycana-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR