Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzində başına daş tökülən şəxslərin ADLARI - DİAQNOZLARI

Bakının mərkəzində başına daş tökülən şəxslərin ADLARI - DİAQNOZLARI

Date: 11 October 2016 15:49

 

Bu gün Bakının mərkəzində Rəşid Behbudov küçəsində kranın yükünün yerə tökülməsi zamanı ağır xəsarət alan şəxslərin adları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, küçədə hərəkət edərkən üzərinə ağır daşların düşməsi nəticəsində xəsarət almış şəxslərdən 25 yaşlı Cavid İsmayılov hazırda əməliyyat olunur. 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən Cavidə daxili qanaxma və qarının küt travması diaqnozu ilə dərhal əməliyyat otağına aparılıb.

 

Bundan başqa, 24 yaşlı Esmira Muradovanın da çox ağırdır. Bildirilir ki, onun qara ciyəri əzilib. Həmçinin E.Muradovaya qapalı kəllə-beyin travması, baş-beyinin əzilməsi diaqnozu qoyulub. Həkimlərin rəyindən asılı olaraq, o da əməliyyat edilə bilər.

 

Hadisə vaxtı ağır yaralanan digər şəxs isə 25 yaşlı Samirə Qocayevadır. Onun böyrəyi əzilib. Həmçinin kəllə-beyin travması və beynin silkələnməsi diaqnozu qoyulub.

 


Tags:  Bakının mərkəzində başına daş tökülən şəxslərin ADLARI DİAQNOZLARI


RƏYLƏR


Top news