Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Brexitə görə hər il 66 milyard funt sterlinq ziyan

Brexitə görə hər il 66 milyard funt sterlinq ziyan

Date: 11 October 2016 15:53

Böyük Britaniyanın Avropa Birliyindən çıxışı ən sərt ssenaridə 15 ildə ölkəyə illik 38-66 milyard funt sterlinqə (47-81 milyard dollar) başa gələ bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Times” yazıb. Qeyd edilir ki, itkilər vergi gəlirlərinin azalması səbəbiylə olacaq. Bildirilir ki, AB-dən ayrıldıqdan sonra Böyük Britaniya azad ticarət zonasına daxil olacaq. Bununla da ümumi daxili məhsul 9,5 faizə düşəcək. Nəticədə hökumət dövlət xərclərində azalmalara gedərək vergiləri qaldıracaq. Xarici investisiyalar və ticarətin 20 faizə qədər azalması gözlənilir.

Nəzərə çatdıraq ki, artıq bir sıra şirkətlər mərkəzi ofislərini Londondan AB-nin başqa şəhərlərinə köçürməyə başlayıblar. Bu o deməkdir ki, London əvvəlki kimi maliyyə mərkəzi olmayacaq.

İqtisadiyyat şöbəsi


Tags:  Brexitə hər il 66 milyard funt sterlinq ziyan

RƏYLƏR


Top news