UNICEF: Haqqı ödənilməyən ev işlərinə görə qızlar təhsilini qurban verməli olurlar

UNICEF: Haqqı ödənilməyən ev işlərinə görə qızlar təhsilini qurban verməli olurlar
15:57 11 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Dünyada 5-14 yaşlı qızlar həmyaşıdları olan oğlanlarla müqayisədə, haqqı ödənilməyən gündəlik ev işlərinə 40 faiz daha çox vaxt və ya gündə 160 milyon saat daha artıq vaxt sərf edirlər.
"Report" xəbər verir ki, bu barədə UNICEF-in 11 oktyabr - Beynəlxalq Qızlar Günü münasibəti ilə hazırlanmış hesabatında deyilir.
Hesabatda bildirilir ki, qızların böyüməsi ilə onların gördüyü ev işlərinin həcmi 30 faizdən 50 faizə qədər artır.
UNICEF-in Gender məsələləri üzrə Baş məsləhətçisi Anju Malhotranın dediyinə görə, haqqı ödənilməyən normadan artıq yükləmə erkən uşaqlıq dövründə başlayır və qızlar böyüdükcə intensivləşir, nəticədə də qızlar təhsil almaq, inkişaf etmək və uşaqlıqlarından həzz almaq imkanlarını qurban verməli olurlar. Bu baxımdan ən pis mənzərə Cənubi Asiya, Yaxın Şərq və Şimali Afrikadada müşahidə olunur. Adıçəkilən regionlarda 10-14 yaşlı qızlar oğlanlarla müqayisədə, gündəlik ev işlərinin yerinə yetirilməsinə təqribən ikiqat artıq vaxt sərf edirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/unicef-haqqi-odenilmeyen-ev-islerine-gore-qizlar-tehsilini-qurban-vermeli-olurlar1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR