Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elm adamları uzun ömürlülük yaşının 115 il olduğunu irəli sürüblər

Elm adamları uzun ömürlülük yaşının 115 il olduğunu irəli sürüblər

Date: 11 October 2016 16:07

Bakı. 11 oktyabr. REPORT.AZ/ Elm adamları maksimum uzun ömürlülük yaşının 115 il olduğunu irəli sürüblər.
“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fransa, Yaponiya, İngiltərə və ABŞ-da 110 yaşdan yuxarı insanların ölümlərini araşdıran tədqiqatçılar son 20 ildə uzun ömürlülüyün azaldığını ortaya çıxarıblar.
Elm adamları hər 10 min nəfərdən yalnız birinin 125 yaşına qədər yaşama şansı olduğunu bildiriblər.
Onlar qeyd edib ki, insanın maksimum yaşama müddəti təxminən 115 ildir və bu müddəti keçmək mümkün deyil: “Bir insanın 125 yaşdan çox yaşaması çox kiçik ehtimaldır”.
Qeyd edək ki, dünyanın ən uzun ömürlü insanı fransalı Janna Calment olub. Belə ki, o, 1997-ci ildə 122 yaşında vəfat edib.

Tags:  Elm adamları uzun ömürlülük yaşının 115 il olduğunu irəli sürüblər

RƏYLƏR


Top news