Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bağlanan bankların 2700 əməkdaşı iş axtarır

Bağlanan bankların 2700 əməkdaşı iş axtarır

Date: 11 October 2016 16:08

"Bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, son dövrdə bankların konsolidasiyası, o cümlədən bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb: "Həmin insanlar işsiz kimi qeydiyyatdan keçiblər və onlara işsizlik müavinəti təyin olunub".

"Son səkkiz ayın məlumatına görə isə, banklarda orta aylıq əmək haqqı çox yüksək, təxminən 1252 manatdır. Nəzərə alsaq ki, bu məbləğin 70%-i müavinət formasında ödənilməlidir, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən böyük məbləğin ayrılmasını tələb edir. Buna görə də bu il bu məqsədlə ayrılan 15 milyon manat bu məqsədə kifayət etmir", — S. Müslümov bildirib. O, əlavə edib ki, bunun üçün işsizlikdən sığorta sistemi ortada olmalı və hər kəs öz iş yerini sığortalamalıdır. (Sputnik.az)


Tags:  Bağlanan bankların 2700 əməkdaşı axtarır

RƏYLƏR


Top news