"Heç kimin əsəbi bu qədər gərginliyə tab gətirməz" - Prosineçki

"Heç kimin əsəbi bu qədər gərginliyə tab gətirməz" - Prosineçki
16:12 11 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki siqaret çəkməsinə münasibət bildirib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Çexiya mətbuatına açıqlamasında siqaret çəkməyin fəlakət olduğunu deyib.

R.Prosineçki bildirib ki, siqaret çəkmək fəlakətdir: "Ancaq siqareti tərgidə bilmirəm. Əksinə, baş məşqçi olduqdan sonra daha çox siqaret çəkirəm. Heç kimin əsəbi bu qədər gərginliyə tab gətirə bilməz.

Futbolçu karyeranı həmişə yüksək səviyyədə keçirməyinə heç kim zəmanət verə bilməz. Tanınmış futbolçu olduğumdan mənə tanınmış məşqçi olmaq lazım deyildi. Futbolçu kimi həmişə qələbə qazanmışam. İstəyirəm ki, bu amili Azərbaycanın futbolçularına da aşılayım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR