Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı futbolçuların çıxış etdiyi kluba yeni baş məşqçi təyin olunub

Azərbaycanlı futbolçuların çıxış etdiyi kluba yeni baş məşqçi təyin olunub

Date: 11 October 2016 16:12

Bakı. 11 oktyabr. REPORT.AZ/ Portuqaliyanın "Boavişta" futbol komandasına yeni baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Migel Lealdir.
51 yaşlı mütəxəssislə sonradan daha 1 il uzadıla bilməsi şərtilə cari mövsümün sonunadək müqavilə bağlanılıb. Leal yeni vəzifədə ötən gün istefaya göndərilmiş Ervin Sançesi əvəzləyib. Əvvəlki məşqçilər korpusundan Xorxe Koutu və Alfredo Kastro komandada qalıb. Yeni baş məşqçi isə özü ilə köməkçi qismində Alvaro Paçeko, Elias Nunyes və Pedro Valdemarı gətirib.
Qeyd edək ki, Migel Lealın son iş yeri "Moreyrense" olub. Leal 2014-cü ildən rəhbərlik etdiyi komandanı ötən mövsüm Portuqaliya çempionatının yüksək liqasında saxlamağa müvəffəq olub. "Boavişta"da Azərbaycan yığmasının 2 oyunçusu - qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudov çıxış edir. 

Tags:  Azərbaycanlı futbolçuların çıxış etdiyi kluba yeni baş məşqçi təyin olunub

RƏYLƏR


Top news