Çexiyalı futbolçu millimizlə "Qarabağ"ı müqayisə etdi

Çexiyalı futbolçu millimizlə "Qarabağ"ı müqayisə etdi
16:12 11 Oktyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığması ilə "Qarabağ"ı müqayisə etmək olmaz. Onlar fərqli oyun göstərən iki komandadı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Çexiya millisinin yarımmüdafiəçisi Yan Şikora deyib.

Çexlər bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını qəbul edəcəklər. Bu, Şikoranın qısa müddət ərzində təmsilçilərimizlə ikinci dueli olacaq. Çünki o, Avropa Liqasının qrup mərhələsinin I turunda "Slovan"ın heyətində "Qarabağ"a qarşı Bakıda çıxış edib və qollu bərabərə bitən (2:2) görüşdə hesabı açıb.
 
23 yaşlı oyunçu yığmada "Qarabağ"ın oyunçularının çoxluq təşkil etməsinə baxmayaraq, bu dəfə fərqli rəqiblə qarşılaşacaqlarını düşünür. Şikora yerli mətbuata açıqlamasında Ağdam təmsilçisindən fərqli, millinin müdafiə futbolu göstərdiyini bildirib: "Qarabağ" tam fərqli oyun sərgiləyir. Çünki onların heyətində Braziliya və İspaniyadan güclü legionerlər var. Azərbaycan millisi isə əsasən müdafiə olunur. "Qarabağ" topla oynamağı sevirsə, onların yığmaları əks-hücuma ümid edir. Yəni bu komandaların oyun üslubu bir-birinə bənzəmir. Bu üzdən Azərbaycan millisi barədə konkret nəsə deməkdə çətinlik çəkirəm. Ancaq "Qarabağ"ın millidəki oyunçularının təhlükəli olduqlarını da deməliyəm".
 
Qeyd edək ki, Çexiya - Azərbaycan görüşü Ostrava şəhərinin "Munisipal" stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR