Bakıda faicə: Kran aşdı, xəsarət alanlar var

Bakıda faicə: Kran aşdı, xəsarət alanlar var
16:13 11 Oktyabr 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda tikintidə qəza baş verib.

Nəsimi Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.

Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə, daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.

Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.

Bakıda qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yükün aşması nəticəsində xəsarət alan 3 nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya deyib ki, xəsarət alanlardan birinin – 1991-ci il təvəllüdlü Cavid İsmayılovun vəziyyəti ağırdır. Onun daxili üzvləri zədələnib, dalağı partlayıb və hazırda üzərində cərrahiyyə əməliyyatı aparılır.

Kəllə-beyin travması alan 1994-cü il təvəllüdlü Samirə Qocayeva və 1992-ci il təvəllüdlü Elmira Muradovanın isə həyati təhlükələrinin olmadığı bildirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR