Bakıda "İspan musiqisi və poeziyası axşamı" keçiriləcək

Bakıda "İspan musiqisi və poeziyası axşamı" keçiriləcək
16:17 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıda "İspan musiqisi və poeziyası axşamı" keçiriləcək.
İspaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir oktyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.
Azərbaycan Dillər Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələri ən yaxşı ispan müəlliflərinin əsərlərindən seçilmiş nümunələr təqdim edəcəklər.
Xatırladaq ki, tədbir Bakıdakı İspaniya Səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsi tərəfindən keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/bakida-i-span-musiqisi-ve-poeziyasi-axsami-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR