Rusiya islahatlar yolunda: mütəxəssislərin həyəcan təbili

Rusiya islahatlar yolunda: mütəxəssislərin həyəcan təbili
16:27 11 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Həyəcan siqnalı verildi - (13 İyun 2017 03:32)
Rusiya və Çin kəşfiyyatları 2017-ci ildə... - ABŞ-dan HƏYƏCAN TƏBİLİ (11 May 2017 21:18)
“Müharibə partiyası qalib gəlir” - Moskvadan HƏYƏCAN TƏBİLİ (26 Aprel 2017 12:08)

Soçidə təşkil edilmiş Beynəlxalq Sərmayə Forumunda Rusiya rəsmiləri düşündürücü fikirlər ifadə ediblər. Baş nazir, "Sberbank"ın rəhbəri, keçmiş maliyyə naziri kimi yüksək səviyyəli mütəxəssislər ölkənin idarəetmə sistemində islahatların aparılmasının həyat əhəmiyyətli məsələ olduğunu vurğulayıblar, əks təqdirdə, ölkəni ciddi problemlərin gözlədiyi bildirilib. Dmitri Medvedev, German Qref, Aleksey Kudrin yuxarıda təsvir edilən proqnozu verərkən konkret faktlara əsaslanıblar. Problemin kökündə Rusiyada köhnə idarəetmə fəlsəfəsinin və mexanizmlərinin durduğu göstərilib.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, belə qənaətə gəlinir ki, yaxın zamanlarda islahatlar aparılmasa, 2017-ci ildə onu reallaşdırmaq daha çətin olacaq, iki ildən sonra isə "şok vəziyyəti" yarana bilər. Burada daha çox vurğulanan fakt ölkənin ehtiyat fondunun kasadlaşmasıdır. Lakin Rusiya böyük dövlətdir və burada baş verən kataklizmlər geniş bir ərazidə böhran yarada bilər. Bu məqam üzərində düşünmək faydalı ola bilərdi.

Bədbin proqnozlar: obyektiv analizin real nəticələri

Rusiyada ən yüksək səviyyədə dövlət idarəetməsində islahatlara başlamaqdan bəhs edirlər. Baş nazir Dmitri Medvedev Soçidə Beynəlxalq Sərmayə Forumu çərçivəsində təşkil olunmuş tədbirlərdə bu barədə bir daha konkret fikir söyləyib. Onun proqnozu 3 faktora əsaslanır. Birinci amil sovet sistemindən qalmış və idarəetmədə hələ də üstünlük təşkil edən inzibati-bürokratik əngəllərdir. İkincisi, keçən əsrin 90-cı illərində islahatlar adı altında reallaşdırılan bəzi proqramların hələ də qüvvədə qalmasıdır. Üçüncüsü isə qəbul edilən yeni qanunlar paketinin həyata keçirilmə mexanizmlərinin səmərəsizliyidir. Sonuncu amil ilk iki faktordan irəli gəlir. Yəni yeni qəbul edilən qanunların işlək olması üçün sovetlərdən miras qalmış idarəetmə sistemi və 1990-cı illərdə formalaşdırılan bir sıra mexanizmlər yenilənməlidir (bax: Медведев: в России необходимо поменять всю систему госуправления / ТАСС, 30 sentyabr 2016).

Sadalanan faktorlardan görünür ki, reallıqda söhbət Rusiyada idarəetmə sistemində köklü islahatlardan gedir. Bu qənaətin əldə edilməsi konkret təcrübəyə əsaslanır. Belə ki, keçən müddət ərzində Rusiyanın sosial-iqtisadi sferasında elə də ciddi yeniliklər tətbiq edilməyib. Əsasən SSRİ zamanından qalmış idarəetmə üsulu hər addımda hiss edilir. Bu da sovetlər üçün səciyyəvi olan korrupsiya, "təlimatlarla fəaliyyət göstərmək" kimi sindromların yaşamasına səbəb olur. D.Medvedev də məhz bu məqamlardan danışıb.

Onun sözlərinə görə, iqtisadi islahatların zəifliyi köhnə idarəetmənin ömrünü uzadıb ki, bu da yerlərdə rəhbər işçilərin proseslərə yaradıcı yanaşa bilməməsinə səbəb olub. Nəticədə, onlar "yuxarıdan göstərişlər" gözləyiblər. Müasir qlobal sosial-iqtisadi reallıqlar isə tamamilə fərqli yanaşma tələb edir. Rusiyanın dünyanın əksər dövlətləri ilə iqtisadi-ticari əlaqələri var və o, həmin ölkələrlə bazar iqtisadiyyatının şərtləri daxilində əməkdaşlıq etməyə məcburdur. Daxili iqtisadi sistemin köhnə mexanizmlərlə işləməsi xarici bazarlarla ziddiyyət yaradır. Baş nazir bu vəziyyəti belə ifadə edib: "Rusiya idarəetmə sistemi çevik deyil" (bax: əvvəlki mənbəyə).

Məsələnin başqa aspekti Rusiyanın uzun illər bir dövlət çərçivəsində yaşadığı bəzi keçmiş sovet respublikalarında dərin islahatların aparılması ilə bağlıdır. Onlarda bu sahədə yeniliklərin baş verməsi, Rusiyanı dəyişməlidir. Məsələn, Azərbaycan keçən müddətdə çox ciddi və geniş islahat proqramları həyata keçirib. Ölkənin idarəetmə sistemi keyfiyyətcə yeniləşib və Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan ümumxalq səsverməsindən sonra daha təkmil məzmun kəsb edəcək. Faktiki olaraq Azərbaycan keçmiş SSRİ respublikaları arasında ən çox islahatlar həyata keçirən ölkədir.

Təsəvvür edin ki, yeniləşən Azərbaycanla bu sahədə müəyyən dərəcədə geridə qalan Rusiya arasında əməkdaşlığı inkişaf etdirməyə bəzi mexanizmlər mane olacaq. Bu da hər iki ölkəni qane etmir. Qarşılıqlı maraq doğuran əməkdaşlıq sferalarında müasir tələblərə uyğun inkişaf dinamikasına nail olmaq çətinləşə bilər.

Bundan başqa, Rusiya ilə sıx müttəfiqlikləri olan Qazaxıstan və Belarus da yeni idarəetmə modelinə ciddi ehtiyac hiss edirlər. KİV bir neçə dəfə Belarus prezidentinin mövcud əməkdaşlıq modelinin ölkəyə səmərə vermədiyini bəyan edib. Bu reallıqdan uzun müddət qaçmaq mümkün deyildir.

"Şok vəziyyəti": gecikmənin bədəli

Yuxarıda vurğulanan məqamlardan əlavə, Rusiyanın qabaqcıl mütəxəssisləri və yüksək vəzifəli məmurları elə faktlardan bəhs edirlər ki, böyük bir ölkənin idarəetmədə nə dərəcədə problemlər yaşadığına tam əminlik yaranır. Məsələn, Soçidəki tədbirdə keçmiş maliyyə naziri Aleksey Kudrin, "Sberbank"ın rəhbəri German Qref və indiki maliyyə naziri Anton Siluanov müzakirələr zamanı düşündürücü tezislər ifadə ediblər. Onlar belə bir ortaq nəticəyə gəliblər ki, Rusiyanın hazırkı büdcə siyasəti acınacaqlı vəziyyətdədir. Buna görə də A.Siluanova qibtə etmək olmaz, o, həssas durumla üzləşib (bax: Кудрин и Греф посочувствовали Силуанову из-за трудных бюджетных задач / РБК, 30 sentyabr 2016).

Bütövlükdə G.Qref də təxirəsalınmaz islahatların aparılması barədə danışıb. Onun fikrincə, Rusiyada islahatları "arzulamamaq ehtiyatı" tükənir. Misal olaraq o, vergi sisteminin problemlərini göstərir. Əgər vergi artırılmasa, islahatlar qaçılmazdır. Vergini sonsuz artırmaq isə mümkün deyildir. Deməli, islahatları aparmamağın heç bir əsası qalmır. G.Qref vurğulayıb ki, əgər tezliklə bunu həyata keçirmək mümkün olmasa, bir ildən sonra islahatları aparmaq daha çətin olacaq, iki ildən sonra isə bunu "şok rejimi"ndə etmək lazım gələcək (bax: Греф предупредил о "шоковых" реформах в экономике России / RusNext.ru, 30 sentyabr 2016).

Bunların əsasında G.Qref həyəcanlı bir qənaətə gəlir - 2017-ci ildə Ehtiyat Fondu tükənə bilər. Ölkənin bir çox subyekti borc içində batır və bu, son hədd deməkdir. Etiraf edək ki, kifayət qədər ciddi müddəalardır. Əgər vəziyyət belə davam etsə, gələn ildən Rusiya bütün sahələrdə dərin böhran içinə düşə bilər. Çıxış yolu kimi isə idarəetmə sistemində köklü islahatların aparılması ola bilər.

Mütəxəssislər bu qənaəti əsaslandıran xarici faktor kimi dünyanın müxtəlif regionlarında baş verən münaqişələrin Rusiya iqtisadiyyatına və siyasətinə mənfi təsirini göstərirlər. Xüsusilə Ukrayna və Suriya prosesləri Moskvanın çox xərc sərf etməsinə səbəb olur. Bu tendensiyanın dayandırılması zəruridir. Ancaq hazırkı beynəlxalq vəziyyətə görə onu reallaşdırmaq imkan xaricindədir. Qərbin sanksiyaları davam edir, neftin qiyməti müəyyən ətrafda tərəddüd edir və onun kəskin yüksəlməsi gözlənilmir. Rusiya isə bu il onun istehsalını maksimum həddə çatdırıb. Mütəxəssislər hesab edirlər ki, bu üsulla ölkəni uzun müddət sabit saxlamaq mümkün olmayacaq.

Digər təhlükəli məqam terror dalğasının Rusiyaya sıçraması ehtimalı ilə bağlıdır. İŞİD, "əl-Qaidə", "Cəbhətül-Nusra" və başqa radikal qruplaşmalar Mərkəzi Asiya vasitəsilə Rusiyaya keçməyə çalışırlar. Bu haqda Rusiya rəsmiləri artıq proqnozlar verirlər. Terrorçuların əsas hədəfinin Rusiya olması faktı da gizlədilmir. Əgər bu tendensiya reallaşsa, Rusiya iqtisadiyyatının bütün ağırlığa tab gətirə biləcəyi böyük şübhə doğurur. Deməli, təhlükəsizlik aspektində də ciddi problemlər meydana gələ bilər ki, onların da həlli üçün güclü və çevik iqtisadi sistem yaradılmalıdır.

Beləliklə, D.Medvedevin Soçidə dediyi "dövlət idarəetməsi çox aşağı səmərə verir" fikri təsadüfən dilə gətirilməyib (bax: Медведев: в России необходимо поменять всю систему госуправления / ТАСС, 30 sentyabr 2016). Bu, bütün sistemin yeniləşməsinə işarədir. Baş nazir onu da ifadə edib ki, müxtəlif regionları olan Rusiya kimi böyük dövlətdə çoxpilləli idarəetmə sisteminin mövcudluğu daha keyfiyyətli idarəetmə mexanizminin işlənməsini tələb edir. Həmin məqsədə çatmaq isə çox yüksək peşəkarlıq tələb edir (bax: əvvəlki mənbəyə).

Doğrudan da, şimal qonşumuz üçün çox çətin situasiyadır. Böyük bir dövlətdə ciddi islahatlar aparmaq çoxlu sayda faktor arasında harmoniya yaratmağı tələb edir. Rusiyanın buna gücü çatacaqmı? Sual ölkə rəhbərliyi qarşısında kəskinliklə qoyulub. Əgər həmin istiqamətdə səmərəli çıxış yolu tapılmasa, Rusiyanın böyük silkələnmələr gözləyir. Bununla yanaşı, bütün postsovet məkanında mürəkkəb sosial-iqtisadi, siyasi, geosiyasi və hərbi problemlər meydana gələ bilər. Deməli, məsələ yalnız Rusiya ilə məhdudlaşmır - geniş bir ərazidə xaos vüsət ala bilər!

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avtovağzalda RƏZALƏT: pul üçün min oyundan ÇIXDILAR - REPORTAJ/FOTO

26 İyun 2017 13:13

KİV: Tramp ABŞ-ın energetika sahəsində dünya liderinə çevrilməsi üçün planlarını açıqlayacaq

26 İyun 2017 13:12

Taliban su anbarına hücum etdi: 10 polis öldürüldü

26 İyun 2017 13:12

Sabah 38 dərəcə isti olacaq

26 İyun 2017 13:11

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26 İyun 2017 13:07

Premyer Liqada böyük transfer: Ver Serxionu, al Aleksi

26 İyun 2017 13:07

Millimizin futbolçusunun baş məşqçisi erməni oldu

26 İyun 2017 13:05

Tramp 20 illik Ramazan ənənəsini pozdu

26 İyun 2017 13:05

Havalar kəskin isinir

26 İyun 2017 13:04

Bayram günü ACI XƏBƏR GƏLDİ - 1 şəhid, 1 yaralı

26 İyun 2017 13:03

"Formula 1"-lə əlaqədar bağlanan küçələri bu axşam açılır

26 İyun 2017 12:59

Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb

26 İyun 2017 12:52

Rusiyalı cazibədar model Bakı bulvarında - FOTO

26 İyun 2017 12:52

Ölkə çempionatının ən seksual voleybolçusu seçildi - FOTOSESSİYA

26 İyun 2017 12:49

Telefondan narkotik vasitə çıxdı

26 İyun 2017 12:45

Model qızın ölümündə günahlandırılan həkim haqqında İLGİNC FAKTLAR - FOTO

26 İyun 2017 12:42

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

26 İyun 2017 12:39

Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan marafon keçirilib

26 İyun 2017 12:37

"Yol terroru" iki gündə beş can aldı

26 İyun 2017 12:36

Ermənistanın dövlət büdcəsinin kəsiri 5,5 faizədək artıb

26 İyun 2017 12:36

Avtomobil ana və qızını vurdu

26 İyun 2017 12:36

Sabah hava NECƏ OLACAQ?

26 İyun 2017 12:28

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

26 İyun 2017 12:27

Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var

26 İyun 2017 12:22

Gənc qadın dərmandan zəhərləndi

26 İyun 2017 12:22

Sabah 38 dərəcəyə qədər isti olacaq

26 İyun 2017 12:22

Bakıda 22 yaşlı model əməliyyat zamanı öldü

26 İyun 2017 12:22

Ana-bala qəzaya düşüb: qız öldü

26 İyun 2017 12:19

Trampdan GÖZLƏNİLMƏZ ADDIM: müsəlmanlarla bağlı 20 illik ənənəyə SON QOYDU

26 İyun 2017 12:18

Araz çayında boğulan yeniyetmənin cəsədi sudan çıxarılıb

26 İyun 2017 12:17

Azərbaycan bayrağı ayaqlar altına səriləcək? - FOTO

26 İyun 2017 12:17

Bakı sakinindən tapança götürüldü

26 İyun 2017 12:16

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb (FOTO

26 İyun 2017 12:15

3 gün əvvəl çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı

26 İyun 2017 12:14

İlahi, bu adamların arasında mənim nə işim var?

26 İyun 2017 12:12

“Qarabağ” doqquzuncu günü tamamladı...

26 İyun 2017 12:11

“Supermodel Azerbaijan” beynəlxalq müsabiqəsinə sənəd qəbulu başlandı

26 İyun 2017 12:09

Bakıda əvvəllər məhkum olunan şəxsdən tapança götürülüb

26 İyun 2017 12:07

Mourinyoya ağır itki

26 İyun 2017 12:05

Həyat yoldaşı aparacı Turandan elə SÖZLƏR YAZDI Kİ... - FOTO

26 İyun 2017 12:03

Bakı sakinindən tapança götürülüb

26 İyun 2017 12:01

Bakıda hərbi orkestrlərin çıxış edəcəkləri yerlər açıqlanıb

26 İyun 2017 11:57

Bakıda tanışını bıçaqla qətlə yetirən şəxs tutulub

26 İyun 2017 11:57

İzmirdə bir ayda 2-ci zəlzələ

26 İyun 2017 11:57

Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağırdır

26 İyun 2017 11:53

Qubada avtomobil ana və qızını vurub, onlardan biri ölüb

26 İyun 2017 11:52

15 il, 11 turnir, 10 yarımfinal

26 İyun 2017 11:52

Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

26 İyun 2017 11:50

A-Qroup-dan bütün hərbçilərə endirim

26 İyun 2017 11:50

DİM-dən bayram XƏBƏRDARLIĞI

26 İyun 2017 11:48