Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xalq artistləri “Qırmızıpapaq”ın mahnılarını oxuyacaq

Xalq artistləri “Qırmızıpapaq”ın mahnılarını oxuyacaq

Date: 11 October 2016 16:36

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Şarl Perronun “Qırmızıpapaq” əsəri yenidən səhnələşdirilib.

Axşam.az-ın məlumatına görə, klassik nağıl nümunəsini teatrın baş rejissoru Qurban Məsimov səhnələşdirib. Teatrın 85 illik yubileyi münasibətilə hazırlanan tamaşanın premyerası oktyabrın 21-də (saat 14.00) baş tutacaq.

Quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar artist Vüqar Camalzadə olan tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova, Cavid Telman, Elnur Xəlilov, Aygül Ağayeva, Samirə Nəcəfova, Sona Quliyeva, Vüsal Hüseynov və Araz Həsənov ifa edirlər.

Tamaşada mahnıları xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, əməkdar artistlər Tünzalə Ağayeva, Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.


Tags:  Xalq artistləri Qırmızıpapaqın mahnılarını oxuyacaq

RƏYLƏR


Top news