Azərbaycanlı gənc müğənnilərin ən çox müraciət etdiyi yarışmalardan olan "O ses Türkiyə"dən narazılıq var.
Gənc müğənni Mehman Elmanoğlunun verdiyi məlumata görə,
yarışmaya qatılmaq üçün azərbaycanlılardan rüşvət tələb olunur.
Onun dediyinə görə, bu addım son vaxtlar ölkəmizdən bu yarışmaya
kütləvi qatılmaların qarşısını almaq üçün atılıb: "Mənim
dostlarımdan biri bu yarışmaya getmək üçün forumu doldurdu, sonra
ona zəng gəldi ki, səni Türkiyəyə dəvət edirik ancaq yarışmaya
qatılmaq üçün 1000 dollar (1600 manat) pul verməlisən"
Mehman Elmanoğlu deyib ki, bu xəbəri eşidən sonra yarışmaya
qatılmaqdan imtina edib: "Əslində, mən də ora getmək istəyirdim,
ancaq bu xəbər məni sarsıtdı və "O ses Türkiyə"yə olan inamım
öldü"
Qeyd edək ki, "O ses Türkiyə"yə xarici ölkələrdən ən çox
Azərbaycandan müraciət olur, həmyerlimiz Elnur Hüseynov bir neçə il
öncə bu yarışmanın qalibi olub. Məhz bundan sonra Türkiyə mediası
yarışmanı və yarışmanın təşkilatçısı Acun Ilıcalını kəskin tənqid
etmişdir. Görünən budur ki, təşkilatçılar xarici ölkələrdən
gələnlərin qarşısını almaq üçün belə addım atıb. (azxeber.com)