"Hardasan əə, 3 gündür qaçıb gizlənirsən? Bakıda at oynadırsan"

"Hardasan əə, 3 gündür qaçıb gizlənirsən? Bakıda at oynadırsan"
16:47 11 Oktyabr 2016
2921 Ölkə
Ölkə mətbuatı
A- A+

MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb. 

Milli.Az virtualaz.org-a istinadən bu gündən başlayaraq qanqster-generalın cinayət işi üzrə istintaq materiallarından sensasion, indiyədək heç yerdə bəhs olunmayan epizodları oxuculara təqdim edəcək. Belə epizodlardan biri Çovdarovun işi üzrə zərərçəkən iş adamlarından biri, qızıl-zinət əşyalarının istehsalı və satışı ilə məşğul olan "Riyad Prodakşn" şirkətinin direktoru Qurbanov Şahmar Sərdar oğlunun istintaqa verdiyi ifadədir.

"Hardasan əə, 3 gündür gizlənirsən?"

Şahmar Qurbanov istintaqa verdiyi ifadədə göstərib ki, 1994-cü ildən zərgərlik fəaliyyəti ilə məşğul olur. 2007-ci ildə onu Akif Çovdarov MTN-ə çağırıb, Qurbanov generalın xidməti kabinetində onunla görüşüb. Və iş adamı otağa girən kimi Çovdarov onun üstünə qışqırıb: "Hardasan əə, üç gündür qaçıb gizlənirsən? At oynadırsan Bakıda, bir hindistanlıya 120 min dollar borcun var. Ona pul atmısan, milyonlar qazanırsan, gizli yolla brilyant gətirmisən. Bakı Əyləncə Mərkəzində toy etmisən, filan qədər pul vermisən".

Şahmar Qurbanovun bildirdiyinə görə, Çovdarov daha sonra onun nə vaxt hansı ölkəyə səfər etdiyi, Bakıdakı evlərinin sayı, 4 maşınının olması barədə məlumatları deyib. Onun telefon danışıqlarından sitatlar gətirib və iş adamı əmin olub ki, Çovdarov onun telefon danışıqlarına qulaq asdırıb. Habelə izlətdirib.

Ya 1 milyon dollar, ya "podval"

Hədə-qorxu və şantajdan sonra Çovdarov mətləbə keçib və qızıl-brilyant alverçisinə deyib: "İndi 2 adam çağıraram, narkotiki qoyarlar qabağına, buradan da birbaşa gedərsən podvala. Ya da 1 milyon dollar verib canını qurtara bilərsən".

Şahmar Qurbanov MTN generalının bu hədə-qorxusundan özünü itirib, qorxusundan əsə-əsə Çovdarova yalvarıb ki, onu buraxsın. Ancaq deyib ki, ona verməyə 1 milyon dolları yoxdur, bu qədər pulu düzəldə bilməz.

Bədheybətin yumşalması: "Sənə hörmətim bu olar ki..."

Bədheybət general bu dəfə "yumşalır" və iş adamına "hörmət" edir: "Sənə hörmətim bu olar ki, 500 min dollar verəsən, qalan 500 min dolları da brilyant olaraq çatdırasan. Sənə 3 gün vaxt verirəm".

Ş.Qurbanov həbs olunacağından qorxaraq dərhal Çovdarovun bu "konstruktiv təklifi" ilə razılaşır. İş adamı ifadəsində təsdiq edir ki, onun, həqiqətən də, Qriş adlı Hindistan vətəndaşına 120 min dollar borcu var idi. Çovdarov isə bu məlumatı ola bilsin onun telefon danışıqlarına qulaq asdırmaqla öyrənib. Yaxud məlumatı Çovdarovun işçisi və Qrişin dostu İsgəndər Hüseynov ona ötürüb.

Bunun ardınca Çovdarov həmin İsgəndər Hüseynovu otağına çağırır, ona göstəriş verir ki, qızıl alverçisini başqa otağa aparıb Qrişə olan borcunu 2 ay ərzində ödəyəcəyinə dair ərizə-iltizam yazdırıb imzalatsın. Çovdarovun "çekisti" iş adamını qonşu otağa aparır və ona müvafiq ərizəni yazıb imzalatdırır. Və iş adamı ərizəni imzalayıb MTN-dən çıxır.

Çovdarovun işçisi cəmi 5-6 gün sonra peyda olur: "Qrişin borcunu təcili ödə"

Lakin cəmi 5-6 gün sonra İsgəndər Hüseynov Ş.Qurbanovun iş yerində peyda olur, ona bildirir ki, Qrişə olan borcu təcili ödəmək lazımdır. Ş.Qurbanov çıxılmaz vəziyyətdə qalır və deyir ki, hazırda o qədər pulu yoxdur. Bu zaman Çovdarovun işçisi rəisi kimi "kompromis" təklif edir, bildirir ki, pulu yoxsa 120 minlik əmlak da verə bilər.

Şahmar Qurbanovun bu təkliflə razılaşmaqdan başqa yolu qalmır. O, Bakının Əhmədli qəsəbəsində çoxmərtəbəli bina inşa edən dostu Rövşəndən xahiş edir ki, tikdirdiyi binada 120 min dollarlıq bir mənzili İsgəndərin arvadının adına sənədləşdirsin. Sənədləşmə baş tutur, ancaq həmin mənzildə nə Çovdarovun işçisi, nə arvadı yaşamır. Mənzil 2 aydan sonra satılır.

İş adamı bütün var-dövlətini satır...

İş adamı Çovdarovun tələb etdiyi 500 min dolları düzəltmək üçün Bakının Zərgərpalan küçəsində yerləşən 250 kvadratmetrlik mülkü Aqil adlı başqa qızıl alverçisinə 470 min dollara satır. Üstəlik, Anar adlı dostundan 100 min dollar borc alır. Habelə özünə məxsus "Hummer H3", "Mercedes S Class" və "Craysler" markalı avtomobilləri satıb, bu satışdan daha 100 min dollar toplayıb. Bununla da kifayətlənməyib və İradə adlı tanışından 70 min dollar borc alıb.

Çovdarovun 050 210 60 12 mobil nömrəsinə zəng, "Şamaxinka" da generala verilən 500 min dollar

Şahmar Qurbanov həmin pulları MTN-dən çıxandan sonra cəmi 3-4 gün ərzində toplayıb. O, 2007-ci il avqust ayının ortalarında Çovdarovun 050 210 60 12 mobil nömrəsinə zəng vuraraq məbləğin hazır olduğunu deyib. Əvvəlcədən razılaşdıqları kimi 500 min dolları Bakının "Şamaxinka" ərazisində Çovdarovun xidməti avtomobilində onun özünə çatdırıb. Çovdarov pulu alandan sonra bildirib ki, qalan 500 min dollarlıq brilyantın nə vaxt hansı şəkildə çatdırılmalı olduğunu telefonla bildirəcək. Bildirib ki, həmin daş-qaşı hazırlamaq üçün 1-2 ay vaxt verir.

Ş.Qurbanov Çovdarovun ondan tələb etdiyi 500 min dollarlıq brilyantı ala bilmək üçün Bakının Səməd Vurğun küçəsindəki mənzilini 120 min dollara satıb, arvadı üçün aldığı "Toyota Camry" avtomobilini və onun qızıl-zinət əşyalarını və s. satıb. Bu yolla 400 min dollar cəmləşdirib.

Brilyant dalınca Hindistana, oradan Dubaya...

2007-ci ilin payızında Ş.Qurbanov Akif Çovdarovun tələb etdiyi brilyan daş-qaşa baxmaq üçün Hindistana, oradan Dubaya gedib. Dubaydan daş-qaşın siyahısını götürərək oradan Çovdarovun mobil telefon nömrəsinə zəng vurub. Çovdarov deyib ki, hazırda İstanbuldadır və orada görüşmək lazımdır. Qurbanov elə həmin gün Dubaydan İstanbula uçur, Çovdarovla görüşüb ona brilyant daş-qaşın siyahısını təqdim edir.

Çovdarov iki qızı və gəlini üçün nə sifariş verdi

Çovdarov bu siyahı ilə tanış olduqdan sonra iki qızı və gəlini üçün 9 ədəd 1 karatlıq brilyant, arvadı üçün 1 ədəd 3 karatlıq brilyant seçib. Ş.Qurbanov ertəsi gün İstanbuldan Bakıya gəlib. Buradan Çovdarovun ona caladığı İsgəndər Hüseynovla birlikdə brilyant daş-qaşı almaq üçün yenidən Dubaya uçub. Çovdarovun seçdiyi brilyantlara 120 min dollar verərək alıb və İsgəndərlə birlikdə Bakıya qayıdıb. Bakıya qayıdan günü ertəsi Ş.Qurbanov Çovdarova zəng edərək daş-qaşın hazır olduğunu deyib. Və razılaşdıqları kimi həmin daş-qaşı generala MTN-in inzibati binasının qarşısında, Parlament prospektində yenə də Çovdarovun xidməti avtomobilində ona şəxsən çatdırıb.

İş adamı ifadəsində deyib ki, Dubaydan brilyantları alıb gətirəndə Bakı aeroportunda onu MTN əməkdaşları qarşıladı və sərhəd-gömrük yoxlamasındn keçirdi.

Bu dəfə Eldar Mahmudov üçün brilyant - 260 min dollarlıq

Çovdarov qızları və arvadı üçün daş-qaşları alandan bir gün sonra yenidən Ş.Qurbanova zəng vurur. Bu dəfə deyir ki, "rəhbərlik üçün" (nazir Eldar Mahmudov nəzərdə tutulur) 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlıq, sertifikatı olan brilyant gətirmək lazımdır. Ş.Qurbanov bu tapşırıq əsasında 5 gün sonra yenidən Dubaya uçur, oradan MTN "rəhbərliyi" üçün nəzərdə tutulan brilyantı 260 min dollara alıb Bakıya gətirir. Çovdarova zəng vurur və ertəsi gün onun Novxanıdakı bağ evində generalla görüşərək daş-qaşı çatdırır. Bu zaman Çovdarov xəbərdarlıq edir: "Əgər sənin bu brilyantları almağın haqda İsgəndər də daxil olmaqla kimsə eşitsə həbsə gedəcəksən!".

Generalın qızları və arvadı zərgərlik sexinə gedir...

Beləliklə, Ş.Qurbanov Çovdarova 500 min dollar nəğd və 380 min dollarlıq brilyant olmaqla cəmi 880 min dollar verir. Qanqsterin soyğuçuluğu bununla da bitmir. Üstəlik, cinayət işinin materiallarından məlum olur ki, soyğunçuluğa nəinki Çovdarov özü, üstəlik onun arvadı və qızları da qoşulubmuş. Belə ki, aradan bir neçə gün keçəndən sonra Çovdarovun arvadı və qızları Ş.Qurbanovun işlətdiyi zərgərlik sexinə gəlir. Ona əmr edilir ki, Dubaydan gətirilən brilyant qaşlara uyğun olaraq qızıl üzük-sırqa düzəltsin. Qurbanovun bu işə daha 1000-1500 manatı gedir. Qızıl taciri, nəhayət, müflisləşir və Azərbaycanda fəaliyyətini dayandıraraq 2011-ci ildə İstanbulda qızıl alverinə girir.

İstintaq Ş.Qurbanovu A.Çovdarovla üzləşdirib və generalın bu soyğunçuluq əməllərinə dair dəlil-sübutları təqdim edib. Habelə 500 min dolları Çovdarova çatdırarkən onun xidməti maşınının sükanı arxasında olan sürücünü də üzləşdirmədə tanıyıb. Həmin şəxs hazırda da DTX-də sürücü işləyən Atakişiyev Nurxan Aslan oğlu idi...

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycanda dollar sabah bu qiymətə satılacaq - MƏZƏNNƏ

30 Mart 2017 13:19

Məşhur cütlük pis vəziyyətdə görüntüləndi - FOTOLAR

30 Mart 2017 13:18

Türkiyə vətəndaşı Xızıda AĞIR YOL QƏZASI törətdi: ölən və yaralılar var

30 Mart 2017 13:17

Almaniyanın əfsanəvi hücumçusu xərçəngdən əməliyyat olundu

30 Mart 2017 13:17

Braziliyalı Rusiya millisindən əl çəkmir

30 Mart 2017 13:17

Direktor 30 yaşlı müəlliməni məktəbdən qovdu

30 Mart 2017 13:15

Liviyada saxlanılan azərbaycanlılardan biri həbsxanada öldü

30 Mart 2017 13:14

Ermənilərin Əsgəran qalasında qanunsuz tikintisi - FOTO

30 Mart 2017 13:12

İçib maşının yerini unudan şəxs polisə "Maşınımı qaçırıblar" dedi - Sumqayıtda

30 Mart 2017 13:12

Azərbaycanlılar erməni məşhurların Instagram-ından himnimizi səsləndridilər - FOTO

30 Mart 2017 13:12

3 uşaq anası olan arvadını küçədə öldürdü

30 Mart 2017 13:11

"Məhkəmələrdəki 700 min işin 40 %-i banklarla bağlıdır" - Rüfət Aslanlı

30 Mart 2017 13:09

Putin daha bir ölkəni NATO-ya təhvil verir

30 Mart 2017 13:08

İlhamə Qasımovanın ABŞ səfəri - FOTO

30 Mart 2017 13:05

Temperatur 3-5° enəcək, sulu qar yağacaq

30 Mart 2017 13:04

Tillerson Ankarada ilk görüşünü keçirdi - VİDEO

30 Mart 2017 13:03

Bakıda quldurluqla məşğul olan dəstə yaxalandı

30 Mart 2017 12:59

Yaşayış binasında yanğın

30 Mart 2017 12:59

Hava ilə bağlı XƏBƏRDARLIQ edildi

30 Mart 2017 12:57

Ailəsinə ev almaq üçün bakirəliyini 2.3 milyona satdı - FOTO

30 Mart 2017 12:57

"İnter" "Qəbələ"yə, "Neftçi" "Qarabağ"a qarşı - YENİLƏNİR

30 Mart 2017 12:57

Metroda iki gəncin öpüşməsini

30 Mart 2017 12:55

Qonşumuz döyüş hazırlığına BAŞLADI: Ukraynadan Qarabağa qədər HÜCUM PLANI

30 Mart 2017 12:53

Polkovnik Ramaldanov: "Hədə-qorxu dolu bəyanatlar ermənilərin faciəsinə gətirib çıxaracaq"

30 Mart 2017 12:52

“Park Bulvar”da cinayət törətmiş qız tutuldu

30 Mart 2017 12:49

Bu da OLDU: 18 yaşlı qız canlı yayımda BAKİRƏLİYİNİ... - FOTO/VİDEO

30 Mart 2017 12:48

Ronaldu: "Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın”

30 Mart 2017 12:47

"İslam Həmrəyliyi İli"ndə gənclərə töhfə - FOTO

30 Mart 2017 12:47

Maşını harda saxladığını unutdu, polisə şikayət etdi

30 Mart 2017 12:44

“Azərbaycanda olan sabitlik bəzi ölkələrdə qısqanclıqla qarşılanır”

30 Mart 2017 12:43

"Yuventus" "Milan"la danışıqlara başlayıb

30 Mart 2017 12:42

“Air France” şirkətinə məxsus təyyarədə QORXULU OLAY

30 Mart 2017 12:42

Nazirlikdən təhlükəli hidrometeoroloji hadisə haqqında XƏBƏRDARLIQ

30 Mart 2017 12:38

189 Taksi xidmətindən öpüşməyə yer axtaranlara SÜRPRİZ - FOTO

30 Mart 2017 12:38

Bakıda avtomobillərin şüşələrini sındırıb qaçdılar – MÜƏMMALI OLAY

30 Mart 2017 12:37

Yevlaxda silahlı insident: ölən var

30 Mart 2017 12:37

Bu il “Android” üçün əlavələrə xərclər “iOS” proqramlarına xərcləri üstələyəcək

30 Mart 2017 12:35

HƏBSXANADA DİN DAVASI - “Halalıq istədim, dedi qiyamətdə görüşərik”

30 Mart 2017 12:34

“Diriliş Ertuğrul”da şok ayrılıq

30 Mart 2017 12:34

İntim səhnələri ilə olay yaradan Serenay danışdı: “Qadın olaraq...” - FOTO

30 Mart 2017 12:33

Yevlax sakini həmyerlisini güllələdi

30 Mart 2017 12:28

"Məmurların zəbt etdikləri torpaqların araşdırılması üçün komissiyası yaradılsın" - Deputat

30 Mart 2017 12:27

Təhsil Nazirliyindən attestatlarla bağlı YENİ AÇIQLAMA

30 Mart 2017 12:27

Nəsimi Paşayev: "Bakı metrosu belə hadisə olarkən polisə müraciət edir"

30 Mart 2017 12:27

Zəhərlənən tələbə "McDonalds"ı məhkəməyə verir - FOTO

30 Mart 2017 12:27

Məşhur repçi futbol klubu yaradır

30 Mart 2017 12:27

Harvard və Dyuk universitetlərinin məzunu UNEC-də olub

30 Mart 2017 12:24

Qış paltarlarınızı çıxarmağa tələsməyin...

30 Mart 2017 12:24

Havaya sovurulan MİLYONLAR: “Bandit”lərə və seksual oyunlara xərclənən astronomik pullar - FOTO/VİDEO

30 Mart 2017 12:23

"Ermənistan işğal etdiyi əraziləri geniş istismar edir"

30 Mart 2017 12:22