Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

3 seçki məntəqəsində seçkinin nəticələri ləğv edildi

3 seçki məntəqəsində seçkinin nəticələri ləğv edildi

Date: 11 October 2016 16:49

Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 3 seçki  məntəqəsində  seçkinin nəticələri tam ləğv edib.

 

APA-nın məlumatına görə, bunu bu gün MSK-nın iclasında MSK katibi Arifə Muxtarova bildirib.

 

A. Muxtarova deyib ki, 1 seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv edilib.

 

"11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlibadad kənd Seçki Dairəsi  2 saylı seçki məntəqəsində seçkinint nəticələri tam,  64 saylı saylı Sabirabad Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv olunub", - deyə o bildirib.


Tags:  seçki məntəqəsində seçkinin nəticələri ləğv edildi


RƏYLƏR


Top news