MSK bəzi məntəqələrin nəticələrini ləğv edib

MSK bəzi məntəqələrin nəticələrini ləğv edib
16:52 11 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar daxil olan məlumatlar araşdırılıb.
“Report”un xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, səsvermə günü bəzi seçki məntəqələrindəki veb-kameralarda görüntülənən qayda pozuntuları ilə bağlı araşdırmalar aparılıb.
A.Muxtarova qeyd edib ki, həmin məntəqələrin nəticələri ləğv edilməli və seçki komissiyaları buraxılmalıdır. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/msk-katibi-bezi-menteqelerin-neticeleri-legv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR